22 və 24 iyun tarixlərində keçirilmiş müəllimlərin sertifikatlaşdırılma imtahanında 10 nəfər maksimum (60 bal) nəticə göstərib.
Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib.
60 bal toplamış təhsilverənlərdən 1-i ibtidai sinif, 9-u ingilis dili müəllimidir.
Maksimal bal toplayan müəllimlərin hamısı tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində çalışanlardır.
"Azərbaycan müəllimi" qəzeti imtahanda 60 bal toplayan həmin müəllimlərin siyahısını yayıb.
1. Aslanova Səbinə İnqilab qızı
2. Əliyeva Aynurə Dilqəm qızı
3. Əliyeva Dünya Nazim qızı
4. Nərimanova Tərgül Qurban qızı
5. Pirəliyeva Xavər Elşad qızı
6. Ağayeva Sevinc İdris qızı
7. Abbasova Əsmər Asim qızı
8. Eyvazova İnci Murad qızı
9. Hüseynova Sülhiyyə Cəmil qızı
10. İbrahimova Aysel Şakir qızı
Qeyd edək ki, sertifikatlaşdırma imtahanının ilk günündə - 21 iyunda ölkə üzrə 38 riyaziyyat müəllimi maksimum bal toplamışdı. Onlardan biri rus, qalanları isə Azərbaycan bölməsi üzrə dərs deyirlər. 60 bal toplamağa müvəffəq olan riyaziyyat müəllimlərdən 3-ü kişi, 35-i isə qadın müəllimlərdir. Maksimum bal toplayan müəllimlərin ən yaşlısının 56, ən gəncinin isə 27 yaşı olub.
Sertifikatlaşdırmanın test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq 30-50 bal toplayanların vəzifə maaşına 10 faiz, 51-60 bal toplayanlarınkına isə 35 faiz əlavə tətbiq edilir.
Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq edilib.
Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesində iştirak edib. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edirlər. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllüdür.
Tehsil-press.az