Prezidentliyə namizədin məktubu İranı qarışdırdı: Azərbaycan şəhəri hədəfdə

Prezidentliyə namizədin məktubu İranı qarışdırdı: Azərbaycan şəhəri hədəfdə Xaricdə fəaliyyət göstərən və şahçılara mənsub “Mənoto” telekanalı İran prezidentliyinə türk namizəd Məsud Pezeşkianı yenidən hədəf alıb.

Bu barədə telekanalın sosial media hesabında paylaşım edilib.

“Pərviz Məhəmmədinin Nəqədədə (Sulduz) Məsud Pezikyanın seçki qərargahının rəhbəri təyin edilməsi barədə məktubunun dərci sosial şəbəkələrdə qəzəb dalğasına və mənfi reaksiyalara səbəb olub. Məktubda Nəqədə şəhəri əvəzinə millətçilər arasında məşhur olan addan istifadə olunub”, – paylaşımda yazılıb.

Qeyd edək ki, “Nəqədə” Qərbi Azərbaycan əyalətinin türklərlə kürdlər arasında mübahisə və münaqişə mövzusuna çevrilən şəhərlərindən biridir.

Şəhərin tarixi türkcə adı Sulduz olsa da, bu, sonradan dəyişdirilərək Nəqədə edilib.

Buna baxmayaraq azərbaycanlıların və İranda yaşayan türklərin əksəriyyəti şəhəri tarixi türk adı Sulduzla tanıyır, yazır və çağırırlar.

Məsud Pezeşkianın məktubunda “Nəqədə” əvəzinə Sulduz yazmasından ona qarşı istifadə edilir və prezidentliyə namizəd millətçilikdə günahlandırılır.

Tehsil-press.az

Oxşar xəbərlər