“Gənc istedadlar” liseyi şagirdlərinin növbəti uğuru

“Gənc istedadlar” liseyi şagirdlərinin növbəti uğuru Bakı Dövlət Universitetinin (BDU) “Gənc istedadlar” liseyinin VII sinif şagirdi Sulduz Hacıyev və VI sinif şagirdi Yunus Mehraliyev avqustun 6-dan 13-dək IMEC Riyaziyyat Olimpiadasının (IMEC - International Mathematics Olympiad) qlobal turunda iştirak ediblər.
Sulduz Hacıyev qızıl, Yunus Mehraliyev isə gümüş medala layiq görülüblər.
İngiltərənin London şəhərində yerləşən Harrov məktəbində keçirilən olimpiada IMEC Komitəsi tərəfindən təşkil edilib. IMEC Olimpiadası bütün şagirdlər üçün əlçatan olan qlobal bir yarışma yaratmağı hədəfləyir. Olimpiada şagirdlərə İngiltərə universitetlərinə qəbul olmaq şansı verir.

Tehsil-press.az



Oxşar xəbərlər