Hakimliyə namizədlərin nəzərinə!

Hakimliyə namizədlərin nəzərinə! Xəbər verildiyi kimi, hakimliyə namizədlərlə keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış 173 nəfər namizədlə yazılı imtahan iyul ayının 21-də, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108) keçiriləcəkdir.

E-huquq.az xəbər verir ki, bu barədə Hakimlərin Seçki Komitəsindən bildirilib.

Namizədlər “imtahana buraxılış vərəqəsi"ni Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə əldə edə bilərlər.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

Tehsil-press.az

Oxşar xəbərlər