Hakim vəzifəsi üzrə qəbul imtahanı verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər

Hakim vəzifəsi üzrə qəbul imtahanı verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər Hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilmiş linkdən noyabrın 4-dək istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Test imtahanı noyabrın 5-də kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər