Hakimliyə namizədlərlə test imtahanı keçiriləcək

Hakimliyə namizədlərlə test imtahanı keçiriləcək Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 400-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Komitəyə təqdim edib.

Bu barədə e-huquq.az-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

Həmin namizədlərlə test imtahanı cari ilin iyun ayının 9-da Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcəkdir.

İmtahan Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcəkdir.

Namizədlər “imtahana buraxılış vərəqəsi”ni dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.

Buraxılış vərəqəsini əldə etmiş namizədlər isə şəxsi kabinetlərinə daxil olub yeni buraxılış vərəqəsini çap etməlidirlər.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

Tehsil-press.az

Oxşar xəbərlər