AFFA çempionatda çıxış edəcək komandaların sayını artırır? – SON DƏQİQ

AFFA çempionatda çıxış edəcək komandaların sayını artırır? – SON DƏQİQ Növbəti mövsüm II Liqada iştirakçı sayı artırıla bilər.

Bu barədə AFFA-dan saytımıza məlumat daxil olub.

Federasiyadan redaksiyamıza verilən informasiya görə, rəhbərlik bununla bağlı bir müddətdir müzakirələr aparır.

Bildirilib ki, məsələ bu gün keçiriləcək İcraiyyə Komitəsinin (İK) toplantısında masaya yatırılacaq.

İK üzvlərinin fikirləri üst-üstə düşsə, yarışmaçıların sayı 14-dən 16-ya çatdırılacaq. Hətta bu rəqəmin 18-yə qaldırılması da istisna edilmir.

Tehsil-press.az

Oxşar xəbərlər