Rövnəq Abdullayev təcili iclas keçirdi

Rövnəq Abdullayev təcili iclas keçirdi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Slovakiya (1:5) matçından dərhal sonra AFFA İcraiyyə Komitəsinin iclası baş tutub.
AFFA prezidenti Rövnəq Abdullayev millinin məşqçilər heyəti ilə görüşüb. O, Slovakiyaya 1:5 hesablı məğlubiyyətin hesabatını istəyib.
Milli komandanın futbolçuları da iclasın başa çatmasını gözləyib. Onlar yalnız qarşılaşma başa çatdıqdan 1 saat sonra soyunub-geyinmə otağını tərk edə bilib.

Tehsil-press.az

Oxşar xəbərlər