İlahiyyatçı: “Ölüm gələcəkdə də araşdırma mövzusu olaraq qalacaq...”
Xəbər verildiyi kimi, “texnologiya kahini” kimi tanınan futurist Rey Kurzveylin yeni açıqlaması gündəm olub. O, dünyanın 2030-cu ildən sonra ölümsüzlük dövrünə qədəm qoyacağını iddia edib.
Kurzveyl fikirlərini bu cür izah edib: “İlk növbədə ölülər diriləcək. Yəni dünyasını dəyişən şəxslər süni intellekt texnologiyası sayəsində əvvəlcə insanı təqlid edən simulyasiyalar şəklində, daha sonra fiziki olaraq diriləcəklər. 2040-cı illərə qədər insanın surətini çıxarmaq mümkün olacaq. İnsanlar indikindən milyon dəfə daha ağıllı olacaqlar. Belə ki, biz səviyyəli süni intellekt və İlon Maskın "Neuralink" kimi beyin çipləri ilə “zəkanın beşinci dövrünə” daxil olmaq üzrəyik. Bu, 2029-cu ildən sonrakı illərə təsadüf edir".
Kahinin sözlərinə görə, 2030-cu ilə qədər süni intellektli bioloji simulyatorlar klinik sınaqları illərlə deyil, saatlarla aparacaq: “Həyat daha ucuz və asan olacaq. Yəni texnologiya gündəlik həyatda inqilabi dəyişikliklərə səbəb olacaq, robotlar bina hissələri istehsal edən 3D printerlərin köməyi ilə inanılmaz sürətlə göydələnlər inşa edə biləcək, günəş enerjisinin qiyməti azalacaq, mədən xammalının xərcləri aşağı düşəcək”.
Qeyd edək ki, kompüter alimi və keçmiş Google mühəndisi olan Rey Kurzveyl 2002-ci ildən indiyə qədər verdiyi dəqiq texnoloji proqnozları ilə tanınır. O, əvvəllər “iPhone” dövrünü proqnozlaşdırmış və 1998-ci ilə qədər kompüterin şahmat kimi oyunlarda insanı məğlub edəcəyini bildirmişdi.
Mövzu barədə “Yeni Müsavat”a" danışan ilahiyyatçı Rəsul Mirhəşimli “dirilmə”nin mümkünlüyü barədə indidən fikir bildirməyin qeyri-mümkün olduğunu söylədi: “İnsan hər yerdə və hər zaman ölümü düşünüb, onu anlamağa çalışıb. Ölüm elə bir hadisədir ki, insanın onu təcrübədən keçirməyə gücü yetməz. Ölüm hər insan üçün yaşanacaq hadisədir. Allah Qurani-Kərimdə "Hər nəfs (insan) ölümü dadacaq" buyurur.
O ki qaldı İslam dininin ruh anlayışına baxışlarına, bu barədə ayələrin birində elmdən az öyrədildiyi bəyan edilir. Yəni bir çox hallarda elm ruh məsələsini tədqiq etməyə, öyrənməyə qalxsa da, ortaya fakt olaraq nələrisə çıxara bilməyib. Hər canlının qaçılmaz sonu olan ölüm mövzusundan bir çox elm sahələrində bəhs edilir. Ölüm müxtəlif dövrlərdə araşdırılıb və ona məna verməyə çalışılıb. Din və ehkamda ölümlə bağlı müxtəlif şərhlər verilib. Ölüm fenomeni bir çox filosof və elm adamının araşdırma mövzusu olub. Bu mövzu tarix boyu aktual olub, bu gün də aktualdır. Ölüm mövzusunda yanaşmalar bir çox düşüncə və inanclar üçün problemli olsa da, gələcəkdə də araşdırma mövzusu olaraq qalacaq.
İnsanın ölümə münasibəti insana və cəmiyyətin düşüncəsinə görə dəyişir. Şübhəsiz ki, İslam dini də bu mövzuya baxışlarını ortaya qoyur. Dinimizə görə, ölüm insan həyatının bitməsi deyil, yeni başlanğıc üçün keçid sayılır. Həyat sözünün etimologiyası “həyy” sözünə söykənir, diri olmaq anlamını ehtiva edir bir baxımdan. Bu kontekstdən yanaşdıqda isə ölümün keçid olduğu anlaşılır, bu yerdə yox olub getmə ifadəsi anlamsız olur. “Öldüyünüz kimi diriləcəksiniz” vədi bir hikmət olaraq anlaşılmalıdır, çünki ölümdən sonra dirilmə inanc sistemində mühüm yer tutan əsasdır.
“Ölümü dadmaq” bəyanının hikməti bir də bu yöndən anlaşılır. Çünki iman əsaslarında ölümdən sonra dirilməyə inanmaq inancın sütununu təşkil edir. Lakin can almaq, həyat vermək və ya diriltmək Allahın qüdrətinə aid anlayışdır. Kiminsə nəyisə elan etməsi ilə “dirilmə”nin hansısa proses kimi ortaya çıxacağını bu başdan söyləmək olmaz. Proses baş verdikdən sonra nələrin baş verəcəyinə uyğun məsələyə münasibət bildirmək olar".
Tehsil-press.az