Bal, sirkə, su qarışığı - İnanılmaz faydaları

Bal, sirkə, su qarışığı - İnanılmaz faydaları Nə qədər saysaq da bu şərbətin şəfaları bitməz və tükənməz. Sirkə və bal peyğəmbərlər yeməyi olub, hər ikisində vücudumuz üçün lazım olan hər şey vardır.

Alma sirkəsi, bal ve su qarışımı o qədər zəngin minerallara, vitaminlərə malikdir ki, bu nisbətləri dəyişməklə insan oğlunda demək olar bütün xəstəlikləri müalicə etmək mümkündür.

Hər ikisinin mükəmməl tərkibi birləşəndə vücud üçün sağlıqlı bir eliksirə çevrilir.
Ağız, boğaz xəstəliklərində:

1 xörək qaşığı alma sirkəsi,
1 çay qaşığı bal,
Yarım stəkan ilıq su,
Ağız və boğaz qarqara edilir, tutulmuş səsi açır.
1 çay qaşığı balın bir stəkan suda qarışığı insanın qan plazması ilə eyni qatılıqda olur.
1 çay qaşığı alma sirkəsi
1 çay qaşığı bal
1 stəkan qaynanmamış su

Axşam yatmazdan əvvəl hazırlanıb səhər-səhər ac qarına içilir, səhər hazırlanır axşam yatmazdan əvvəl içilir.
Faydaları:
Orqanizmin bütün minerallara olan tələbatı ödənilir. Orqanizmin kalsiuma, kaliuma, maqneziuma, sinkə, dəmirə, misə və s. tələbatlar ödənilir. Bilirsinizmi, saydığım bu minerallar çatmayanda yüzlərcə xəstəliklər əmələ gəlir.
Əgər sizdə köpmə, bağırsaqlarda mikroflora pozğunluğu və bağısaq göbələyi varsa, bunun ən yaxşı çarəsi 3 ay yuxarıda dediyim formada içməyə davam edin. Bağırsaq mikroflorasını bərpa edir, insanın yaşlanmasının qarşısını alır. Allahın vermiş olduğu ömrü sağlam yaşamağa səbəb olur.
Hər ikisinin tərkibindəki antioksidantlar sizləri nəinki piylənmədən qoruyar, hətta piylərinizin əriməsinə səbəb olar, çünkü antioksidantlar yandırmanı (oksidləşməni) sürətləndirirlər. Antioksidantlar həm xərçəngin profilaktikasında, həm də müalicəsində əvəzolunmazdırlar. Bütün bunlar üçün 5 ay bu tərkib içilməlidir.
Şərbətdən daimi istifadə zamanı mədə və qida borusu divarı xarici amillərin təsirinə çox dözümlü olurlar qaraciyərin bütün xəstəliklərini müalicə edir, öd ifrazını artırır, öd xolesterin mübadiləsini çoxaldır. Xolesterin, lipid, yağ turşularının miqdarını azaldır, mədəaltı vəzin normal fəaliyyətini bərpa edir, insanda immun sistemi elə bir səviyyədə saxlayır ki, bu zaman heç bir infeksiya orqanizmə güc gələ bilmir. İnfeksiyalar xroniki hala keçə bilmir.
- antiparazit təsiri vardır,
- bağırsağın filtr fəaliyyətini normal edir,
- bədən hüceyrələri yenilənir,
- bağırsaqların, ümumiyyətlə orqanların işi normallaşır,
- təzyiq, baş ağrısı, piylənmə, astma, bronxit, epilepsiya, qastrit, qadınlarda adət pozğunluğu, kişilərdə iqtidarsızlıq, anemiya, yorğunluq kimi hallar zaman-zaman aradan qalxır. Bütün ürək qan-damar xəstəlikləri üçün şəfadır.

Tehsil-press.az

Oxşar xəbərlər