AMEA-nın muxbir üzvü Rasim Alıquliyev BDU-da ustad dərsi keçib

AMEA-nın muxbir üzvü Rasim Alıquliyev BDU-da ustad dərsi keçib AMEA-nın muxbir üzvü, texnika elmləri doktoru, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Ramiz Alıquliyev Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-riyaziyyat və kibernetika fakültəsində “Xüsusi süni intellektdən super süni intellektə doğru: təkamül və perspektivlər” mövzusunda ustad dərsi keçib.

Məruzəçi süni intellektin keçdiyi yol barədə məlumat verib, ölkəmizdə rəqəmsal inkişaf, kibertəhlükəsizlik və süni intellekt sahələrinin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. O, hazırda istifadə edilən sistemlərin xüsusi süni intellekt mərhələsinə aid olduğunu deyib. Bu sistemlər yalnız konkret tapşırıqları (səs tanıma, tibbi diaqnostika, avtonom nəqliyyat idarəsi və s.) yerinə yetirir. Çox effektiv olsa da, bu sistem yalnız bir sahədə fəaliyyət göstərə bilir. Dünyanın aparıcı texnologiya mərkəzləri, o cümlədən “OpenAI” və “DeepMind” artıq növbəti mərhələ - ümumi süni intellekt üzərində çalışır.

Ümumi süni intellekt insan kimi düşünə, öyrənə və müxtəlif sahələrdə qərar verə bilən sistem deməkdir. Bu mərhələ reallaşarsa, texnologiya tarixində tamamilə yeni bir dövr başlayacaq. Super süni intellekt mərhələsi isə insan zəkasını bütün sahələrdə üstələyə bilən sistemdir: “Texnologiyanın insanı, yoxsa insanın texnologiyanı idarə edəcəyi əsas suallardan biridir. Süni intellektin gələcəyi onun inkişaf sürətindən deyil, onu necə idarə edəcəyimizdən asılıdır”.

Məruzəçi süni intellektin perspektivləri və gətirdiyi risklərdən də danışıb.

Ustad dərsinin sonunda Ramiz Alıquliyev seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər