UNEC-in layihəsi əsasında Nizami Gəncəvi irsi İspaniya Milli Kitabxanasında araşdırılıb

UNEC-in layihəsi əsasında Nizami Gəncəvi irsi İspaniya Milli Kitabxanasında araşdırılıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsinin 11-ci araşdırmasını təqdim edib.
Layihə çərçivəsində bu dəfə İspaniya Milli Kitabxanasında Nizami Gəncəvi irsi araşdırılıb. Kitabxanada Nizami Gəncəvi irsinə dair 2 audio və 12 çap materialı olmaqla ümumilikdə 14 biblioqrafik yazının olduğu müəyyən edilib. Dahi şairin yaradıcılığına aid əsərlər London, Madrid, Leyden, Salamanka, Qranada, Palma və dünyanın digər şəhərlərində ingilis, ispan, ərəb və başqa dillərdə nəşr olunmuş və ya qeydə alınmış nümunələr qorunmaqdadır.
Araşdırma zamanı məlum olub ki, İspaniya Milli Kitabxanasında Nizami Gəncəvinin irsinə aid mühafizə olunan ilk nümunə 1972-ci ildə Madrid şəhərində Nizaminin sözlərinə bəstələnmiş “Leyla” adlı musiqi yazısıdır. Dahi şairin irsinə məxsus ən son nəşr isə 2018-ci ildə İspaniyanın Palma şəhərində çap olunmuş “Leyli və Məcnun” poemasıdır.

Tehsil-press.az



Oxşar xəbərlər