Lavanda çiçəklərindən alınan efir yağının kimyəvi tərkibi və sənayedə tətbiqi

Lavanda çiçəklərindən alınan efir yağının kimyəvi tərkibi və sənayedə tətbiqi Dendrologiya İnstitutunun eksperimental sahəsində becərilən Lavandula angustifolia L. növü üzərində tədqiqat aparılıb.
Lavandanın çiçəkləri toplanaraq Sənaye əhəmiyyətli bitkilər laboratoriyasında standart metodla qurudulub. Qurudulmuş lavanda çiçəklərindən hidrodistilliyasiya metodu ilə efir yağı alınıb. Efir yağının tərkibi “Kristal” 2000 M markalı qaz-maye xromatoqrafiya üsulu ilə təyin edilib. Lavanda çiçəkləri efir yağı ilə zəngindir. Efir yağlarının miqdarı bitkinin növündən asılı olaraq dəyişir. Dalmazkimilər fəsiləsinə aid olan lavanda efir yağlı bitkilər arasında xüsusi yer tutur. Bu bitkinin bütün hissələrində efir yağları toplanır. Qədim aromatik bitkilərdən olan lavandadan alınan efir yağı bakterisid xassəyə malikdir. Bu efir yağları tibdə, aromaterapiyada, kosmetologiyada, kulinariyada sənayenin müxtəlif sahələrində geniş istifadə olunur.
Lavanda iyun ayının ortalarından başlayaraq 20-35 gün çiçəkləyir. Çarpaz tozlanır, lakin öz-özünə tozlanma da mümkündür. Becərildiyi yerdən asılı olaraq iyundan avqusta qədər çiçəkləyir. Lavanda, həmçinin yaxşı balverən bitkidir. Lavanda balı dadına və faydalarına görə fərqlənir. Lavanda iqtisadi cəhətdən çox sərfəlidir, belə ki, onun becərilməsi üçün az maliyyə vəsait sərf etməklə çox böyük gəlir əldə etmək olar.
Qədim aromatik bitkilərdən olan lavanda dünyanın bir çox yerlərində müxtəlif məqsədlərlə yetişdirilir. Bitkinin efir yağı insan sağlamlığı üçün çox faydalıdır. Aromaterapiyada sakitləşdirici kimi lavanda yağından istifadə olunur. Lavanda efir yağı sakitləşdirici, antiseptik, sakitləşdirici xüsusiyyətləri ilə bütün dünyada tanınır. Lavanda efir yağı mikrob əleyhinə güclü vasitədir. Sızanaq, ekzema və bir çox dəri xəstəliklərinin müalicəsində istifadə edilir. Lavanda yağı saçların uzanmasına kömək edir.
Aparılan elmi-tədqiqat işləri nəticəsində müəyyən olunub ki, lavanda Abşeronun quru subtropik iqlim şəraitinə uyğunlaşır. Lavanda həmişəyaşıl bitki olduğu üçün park və bağların yaşıllaşdırılmasında geniş istifadə oluna bilər.

Tehsil-press.az

Oxşar xəbərlər