Azərbaycan Antalya Beynəlxalq Bağçılıq sərgisində iştirak edir

Azərbaycan Antalya Beynəlxalq Bağçılıq sərgisində iştirak edir Türkiyənin Antalya şəhərində 2016-cı ilin 21-23 aprel tarixlərində EXPO-2016 Antalya Beynəlxalq Bağçılıq sərgisi keçirilir.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Heydər Əsədov Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çeliyin dəvəti ilə 2016-cı ilin 22 aprel tarixində EXPO-2016 Antalya Beynəlxalq Bağçılıq sərgisində iştirak etmək məqsədilə Türkiyənin Antalya şəhərinə səfər edib.
Səfər çərçivəsində F.Çelik də daxil olmaqla, sərgidə iştirak edəcək digər dövlətlərin kənd təsərrüfatı nazirləri ilə görüşlərin keçirilməsi, ölkəmizlə mümkün əməkdaşlıq imkanlarının müzakirə olunması, eləcə də Türkiyənin aqrar sahədəki potensialı ilə yaxından tanış olmaq nəzərdə tutulur. Qeyd edək ki, sözügedən sərgidə Azərbaycan pavilyonu 2.000 kv.m-ə yaxın sahəni əhatə edir.

tehsil-press.az

Oxşar xəbərlər