Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan, Fondla sıx əməkdaşlıq edən doqquz universitetin nümayəndəsi iştirak edib. Bəs bu vahid tələbə kartı tələbələrə hansı imtiyazları verəcək?
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Dünyada tətbiq olunur, lakin biz geri qalırıq
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun sözlərinə görə, əvvəllər də bu kimi layihələr olub: "Tələbələrin maddi durumları, sosial qayğıları çox olur. Hətta, onların qayğıya ehtiyacı olan həssas təbəqə olduğunu da deyə bilərik. Əvvəlki dövrlərdə də ayrı-ayrı universitetlərin, Gənclər və İdman Nazirliyinin belə təşəbbüsləri var idi. Lakin konkret addımlar atılmadı".
İ.Orucov bildirdi ki, vahid tələbə kartı dünyanın müxtəlif ölkələrində mövcuddur: "Hər bir ölkədə bu kart tələbələr üçün fərqli imkanlar yaradır. Tələbələr həmin kart vasitəsilə iaşə, ticarət müəssisələrində, kitab mağazalarında, kafe və restoranlarda endirimlər əldə edirlər. Bu kart tələbələrə nəqliyyatda da xeyli güzəştlər verir. Amma təəssüf ki, ölkəmiz bu kimi sosial layihələrdən kənarda qalır".
"Rektorlar tələbə naminə olmalıdır"
Sədrin fikrincə, layihənin uğurla və tez zamanda həyata keçirilməsi üçün universitetlər özləri də səy göstərməlidir: "İlkin olaraq doqquz universitetdə tətbiqi nəzərdə tutulan vahid tələbə kartının növbəti tədris ilindən istifadəyə veriləcəyini düşünürəm. Amma zaman alan texniki məqamlar da çoxdur. Universitet rəhbərlərinin bu layihəyə dəstəyi də çox önəmlidir. Rektorlar bu məsələdə aktiv iştirak etməli, tələbə naminə olmalıdırlar. Amma bəzi universitetlərdə bunu görə bilmirik".
Tək universitet üçün deyil, həm də...
Müsahibimiz qeyd etdi ki, tələbə statusu olan hər kəsə bu kartların təqdim edilməsi vacibdir: "Bu kartlarının təhsil formasından asılı olmayaraq bütün tələbələrə şamil olunması mümkündür. Beynəlxalq təcrübədə bu kartlar tək universitet tələbələrinə yox, kollec, peşə məktəblərinin tələbələrinə münasibətdə də tətbiq olunur. Dünya təcrübəsini əsas götürərək deyə bilərik ki, bu kartın bütün tələbələrə şamil edilməsi məqbuldur. Əgər rəhbərliklər maraqlı olarsa, dövlət və ya özəl bütün təhsil müəssisələri bu prosesə qoşula bilər".
İ.Orucovun sözlərinə görə, bütün prosesləri bir kartda cəmləmək tələbələr üçün də rahatlıq yaradacaq: "Ölkəmizdə də tələbələrə güzəştlərin tətbiq olunması yaxşı olardı. Ticarət obyektlərində, muzeylərə girişdə, kitab mağazalarında tələbələr bu kartın imkanlarından istifadə edərdilər. Tələbələr üçün ictimai nəqliyyatda da güzəştlər tətbiq olunmalıdır. Vahid kartla avtobus və metrodan da istifadə etmək mümkün olmalıdır. Bu kartdan təqaüd kartı kimi istifadə etmək də tələbələrin işini asanlaşdıracaq".
İlk olaraq hansı universitetlərin tələbələri yararlanacaq?
Təhsilin İnkişafı Fondunun İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova isə bildirdi ki, kartın tezliklə istifadəyə verilməsi ilə bağlı hazırda tərəfdaşlar və ali təhsil müəssisələri ilə müzakirələr aparılır, texniki məsələlər üzərində işlər davam etdirilir: "Kart ölkə üzrə bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub. Buraya əyani, qiyabi, ödənişli və ödənişsiz əsaslarla təhsil alan tələbələr daxildir. Layihənin ilkin mərhələdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində tətbiq olunması nəzərdə tutulur. Daha sonra isə digər dövlət və özəl universitetlər könüllü şəkildə layihəyə qoşula bilərlər".
Bütün əməliyyatlar tək kartla həyata keçiriləcək
N.Qədirova kartın tələbələrə gətirəcəyi imkanlardan da bəhs etdi: "Tələbələr müvafiq beynəlxalq ödəmə texnologiyaları şirkətinin təqdim etdiyi xüsusi kəşbek, endirim, promokodlardan yararlana biləcəklər. Layihə çərçivəsində yerli və xarici şirkətlərlə müqavilə imzalanması, bununla da tələbələr üçün xüsusi güzəştlərin əldə olunması planlaşdırılır. Bu imkanlar restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və sair məkanlarda mövcud olacaq. Kart eyni anda bir neçə funksiyanı yerinə yetirəcək. Həm universitetə giriş-çıxışı təmin edəcək, həm debet bank kartı kimi fəaliyyət göstərəcək, həm də tələbələrin təqaüd kartı olacaq. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər".
Nəqliyyatda da güzəştlər olacaq?
N Qədirova ictimai nəqliyyatda tətbiq olunacaq güzəştlərlə bağlı sualımıza cavab olaraq bildirdi ki, bu barədə də işlər həyata keçirilir: "Hazırda nəqliyyatla bağlı konkret təklif və ya addım yoxdur. Amma biz artıq işlərə başlamışıq, müəyyən qurumlarla görüşlər keçirmişik. Bu istiqamətdə endirimlərin, güzəştlərin əldə olunmasına cəhd edirik. Tələbələrin əsas problemlərindən biri ictimai nəqliyyat olduğu üçün bu istiqamətdə də fond olaraq çalışırıq".
Tehsil-press.az