Azərbaycan Respublikası illərlə davam edən münaqişədən və işğaldan sonra Qarabağ bölgəsini işğaldan azad etməklə böyük bir tarixi ədaləti bərpa etdi. Bu torpaqların azad olunması yalnızca siyasi və hərbi bir qələbə deyil, eyni zamanda vətəndaşların doğma torpaqlarına qayıdışını təmin edərək, onların məskunlaşması və iqtisadi fəaliyyətlə məşğul olmaları üçün geniş imkanlar açır.
Hökumətin həyata keçirdiyi planlar və strategiyalar bu bölgələrin yenidən qurulması və əhalinin normal həyat şəraitinə qayıtması üçün mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə Qarabağa köçən vətəndaşlara pay torpaqlarının verilməsi məsələsi də gündəmə gətirilib.
Maraqlıdır, Qarabağ ərazisinə köçən vətəndaşlara pay torpaqları verilə bilərmi?
İqtisadiyyat Nazirliyi yanında ictimai şuranın üzvü, "Rieltorlar assosiasiyası" İctimai Birliyinin sədri Elnur Azadov News24.az-a açıqlamasında bildirib ki, bu barədə qərar qəbul olunması olduqca düzgün və yerində olardı:
“1995-96-cı illərdə torpaq islahatı aparılan zaman həmin ərazilərimiz düşmən işğalı altında idi, buna görə də normal olaraq həmin ərazilərdə bölgü işləri aparılmamışdı. Lakin rəşadaətli Azərbaycan ordusu düşməni məğlub edərək öz doğma torpaqlarımızdan çıxarmağa nail oldu. 1990-cı illərdə həmin ərazidə yaşayan vətəndaşların nə qədər torpağı olubsa, yəqin ki arxivlərdə qalıb. Kolxoz-sovxoz dağılan zaman bütün bölgələrimizdə isalahatlar aparıldı və vətəndaşlara pay torpaqları verildi. İndi ərazilərimiz işğaldan azad olunub buna görə də, həmin ərazilərdə də islahatların aparılması məntiqli olardı”.
Elnur Aazadov qeyd edib ki, bu sahədə həm Nazirlər Kabineti, həm də prlament tərəfindən məsələ qaldırılıb müzakirə olunmalıdır. Onun sözlərinə görə, əsas problem torpaq bölgüsünün getdiyi bir vaxtda həmin ərazilərimizin işğal altında olmasından irəli gəlir: “Dövlətimizin və hökumətin əsas məqsədi vətəndaşların rifah içində yaşamasını təmin etməkdir və bu da təmin olunacaqdır. Bu gün həmin ərazilərdə olan kiçik kəndlər böyük qəsəbələrə birləşdirlib. Amma yenə də bu barədə qərar verilə yaxşı olar”.
Mövzu ilə bağlı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdik, lakin onlar mövzunun öz səlahiyyətlərinə aid olmadığını bildirdilər. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən isə bildirildi ki, Qarabağa köçən vətəndaşlara pay torpaqlarının verilməsi məsələsi onların səlahiyyətində deyil. Bu sahədə qərarların verilməsi və torpaqların bölüşdürülməsi üçün yalnız ali idarəetmə orqanlarının təsdiqi ilə mümkün ola bilər.
Tehsil-press.az