Antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpa edildiyi ərazilərdə təhlükəsizlik tədbirləri görüldükdən sonra təhsil ən qısa zamanda bərpa olunacaq.
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir keçmiş məcburi köçkünlərin təhsil aldığı məktəblərin sonrakı fəaliyyətinə aydınlıq gətirib: "İşğaldan azad olunmuş ərazilərdə yeni məktəb binaları tikilir. Əgər həmin şəhərdə həqiqətən məktəb binası olubsa, bu zaman buradakı məktəb tarixi yerinə köçürülür. Məsələn, Şuşa şəhər 1 nömrəli məktəbi açıldıqdan sonra Bakı şəhərindəki bu adı daşıyan məktəb əraziyə uyğun olaraq fəaliyyətini davam etdirəcək. Bəzi hallarda burada olan məktəblərin işğaldan azad olunmuş ərazidə binası olmur. Bu zaman həmin məktəb publik hüquqi şəxs kimi öz tarixi yerinə köçürülür. Əgər kimsə həmin əraziyə köçmək istəmirsə o zaman burada qalaraq təhsilini də buradakı məktəbdə davam etdirir”.
Tehsil-press.az