Həftəlik bürclər 5 AVQUST – 11 AVQUST

Həftəlik bürclər 5 AVQUST – 11 AVQUST QOÇ bürcü
Bu həftə stresdən uzaq durmalısınız, hətta işiniz başınızdan aşsa belə. Sizin istirahətə ehtiyacınız olacaq: mütləq kiçik məzuniyyət götürün və doyunca yeyin, için, əylənin – bir sozlə, istirahətin dadını çıxarın. Həftənin sonunda maddi durumunuz xeyli yaxşılaşacaq: ola bilsin, çoxdandır borc verdiyiniz insan pulunuzu qaytaracaq. İdmanla məşğul olmağa başlayın: idman sizin həyatınızı 180 dərəcə dəyişəcək. Ətrafınıza nəzər yetirin, sizi sevməyən biri var və uyğun vaxt gözləyir ki, sizə hiylə qursun. Uğurlu günləriniz 5, 9 avqust, uğursuz gününüz isə 7 avqustdur.

BUĞA bürcü
Bu həftə Buğanın başı ağrıyacaq, çünki o, dilini dinc saxlaya bilmir. Ulduzlar bu həftə sizdən üz döndərəcək, bu da sizin keçmişdə buraxdığınız səhvlərə görə baş verəcək. Sadəcə səbr etməyiniz tələb olunur, çünki gələn həftə xoş xəbər alacaqsınız. Unutmayın ki, həyat ağ-qara zolaqlar kimidir; bu həftə ayağınızı qara zolağa basmalı olacaqsınız. Lakin həftəsonu cibiniz pulla dolu olacaq. Buğa çox sakit olanda hamı onu zəif bilir və boynunda oturmağa çalışır. Lakin bu bürc buynuzlarını göstərəndə mələkdən şeytana çevrilir: hamıya “dişlərinizi göstərin”! Uğurlu günləriniz 10, 11 avqust, uğursuz gününüz isə 8 avqustdur.

ƏKİZLƏR bürcü
Bu həftə sizin qarşınızda birdən-birə inkişaf perspektivi açılacaq. Buna görə də iş yerində yeni və mürəkkəb layihələri qəbul etməkdən çəkinməyin, onların müsbət nəticələrini çox tezliklə görəcəksiniz. Bürcün qadın nümayəndələrinin həyatlarında dəyişikliklər gözlənilir: bu həftə siz sevgi etirafı ala bilərsiniz. Uzun müddətdir evlilik təklifi etməyi planlaşdıran kişilər üçün bu həftəsonu bunu etmək daha yaxşıdır. Bu həftə sözlərinizə və hərəkətlərinizə diqqət edin. Düşmənləriniz sizi izləyir və sizə zərbə vurmaq istəyirlər. Uğurlu günləriniz 6, 7 avqust, uğursuz gününüz isə 11 avqustdur.

XƏRÇƏNG bürcü
Xərçənglər üçün bu həftə iş, təhsil və ya gəlirlə bağlı mühüm xəbərlər gətirəcək. Xüsusilə bizneslə məşğul olanlar üçün yığılan problemlər uğurla həll olunacaq. Yeni layihələrə başlamaq, dil kursuna yazılmaq və ya, hətta bir peşəyə yiyələnmək üçün yaxşı dövrdür. Pulunuz çox olacaq, lakin gələcək üçün pul toplamağı da unutmayın, son vaxtlar bürcün bəzi nümayəndələri çox bədxərc olublar. Uzun səfərlər etmək arzuolunmazdır. Ümumiyyətlə, avtomobil idarə edərkən həddindən artıq ehtiyatlı və diqqətli olmaq lazımdır. Uğurlu günləriniz 5, 7 avqust, uğursuz gününüz isə 6 avqustdur.

ŞİR bürcü
Şir üçün həftə çox əlamətdar olacaq: əgər uzun müddət məqsədinizə doğru irəliləyirsinizsə, o zaman həftənin sonunda işinizdən yaxşı nəticələr əldə edə biləcəksiniz. Önəmli dəyişikliklər haqqında düşünürsünüzsə, bu həftə ilk addımı atmağa çalışın. Əlinizə gözlənilməz yerdən pul gələ bilər. Lakin özünüzlə böyük məbləğdə pul daşımayın: sizi aldada və ya pulunuzu oğurlaya bilərlər. Həmçinin vaxt ikən kömək əlinizi uzatdığınız şəxs sizə bu yaxşılığı geri qaytaracaq. İşdə diqqətli olun: müdiriniz yaxşı işçi olduğunuzu bilir, lakin iş yoldaşlarınız sizi qısqanıb gizli işlər görə bilərlər. Uğurlu günləriniz 8, 9 avqust, uğursuz gününüz isə 11 avqustdur.

QIZ bürcü
Bu həftə maddi baxımdan yüksəliş gözlənilir. Çox maraqlı və sərfəli layihəyə başlamaq imkanı olacaq. Pulunuzu balışın altında gizlətməyin, özünüzə xərcləyin və narahat olmayın, çünki ayın sonunda xərclədiyiniz məbləğ sizə ikiqat qayıdacaq. Yeni dövr başlayacaq: müdiriyyət tərəfindən fərqləndiriləcəksiniz, karyera yüksəlişi ilə paxılların ürəklərini partladacaqsınız. Peşəkar, işgüzar olduğunuz üçün sizə yeni təkliflər gələ bilər: bir neçə şirkət sizi öz tərəfinə çəkmək istəyəcək. Həftəsonu sevgiyə aid məsələ ilə bağlı iki seçim arasında qalacaqsınız. Uğurlu günləriniz 6, 10 avqust, uğursuz gününüz isə 7 avqustdur.

TƏRƏZİ bürcü
Bu həftə maraqlı hadisələr baş verəcək: çoxdandır görmədiyiniz və ya xaricdə yaşayan insanla görüşəcəksiniz. Xoş söhbətlər əhvali-ruhiyyənizi qaldıracaq, sizə bol enerji verəcək. Şəxsi həyatınıza maraq qatın, heç vaxt olmadığınız yerlərə gedin, səyahətə çıxın, birgə kurslara yazılın və s. Bürcün subay nümayəndələri özlərinə yar seçəndə diqqətli olmalıdırlar: mələk kimi görünən biri şeytan çıxa bilər. Pulunuz artmayacaq, amma itki də olmayacaq: siz pulu haraya xərcləmək və yatırmaq lazım olduğunu yaxşı bilirsiniz. Uğurlu günləriniz 7, 9 avqust, uğursuz gününüz isə 8 avqustdur.

ƏQRƏB bürcü
Bu həftə yeni iş axtaranlar və işi dəyişmək istəyənlər üçün çox gözəl dövr başlayır. Çoxdan arzu etdiyiniz işə sahib olacaqsınız: mütləq elanlara göz gəzdirin. Yaxın dostunuzdan qeyri-adi təklif alacaqsınız: bu təklif sizi çaşbaş qoya bilər, lakin ona inanın və razılaşın. Həftənin ikinci yarısı qalmaqalla yadda qala bilər: iş yoldaşınızla və ya qonşunuzla sözünüz çəp gələcək. Narahat olmayın, hər şey düzələcək və sizə haqsızlıq edənlər cəzalarını alacaqlar. Uğurlu günləriniz 6, 7 avqust, uğursuz gününüz isə 9 avqustdur.

OXATAN bürcü
Gələcək işlərinizdəki uğurlar bu həftə verəcəyiniz qərarlardan asılı olacaq. Lakin iş yerinizdə həmkarlarla münasibətlər çətinləşə bilər: müdiriyyət tərəfindən fərqləndirilməyiniz başqalarına qıcıq verəcək. Əgər ətrafınızda güvənmədiyiniz insanlar varsa, o zaman dostluğu dərhal pozmağa çalışın, yoxsa bir gün onlar sizə zərbə vura bilərlər. Yanınızda bir insan var ki, sizdən ötrü dəli-divanədir, lakin sizin ona “yox” deyəcəyinizdən qorxduğu üçün hisslərini bildirmir. Uğurlu günləriniz 5, 8 avqust, uğursuz gününüz isə 6 avqustdur.

OĞLAQ bürcü
Oğlağın həyatında hər şey pis olsa belə, o, başqalarına məsləhətlər verməyə çalışır və bu məsləhətlər həqiqətən işə yarayır. Həftə istədiyiniz kimi başlamaya bilər, lakin həftənin ortalarında hər şey düzələcək, sadəcə səbirli olmaq lazımdır. Çərşənbə və cümə axşamı sizi maraqlı səfərlər və yeni insanlarla görüşlər gözləyir: tanışlıq çox faydalı ola bilər. Sevgiliniz həftəsonu sizə romantik anlar yaşadacaq, ondan, hətta evlilik təklifi də ala bilərsiniz. Sevgilisi olmayanlar isə fikirlərini münasibətlərə deyil, karyera qurmağa yönəltməlidirlər. Uğurlu günləriniz 7, 9 avqust, uğursuz gününüz isə 10 avqustdur.

DOLÇA bürcü
Bu həftə istənilən hüquqi məsələlərin həll olunması, eləcə də müxtəlif vacib sənədlərin imzalanması üçün çox əlverişlidir. Həm də bu həftə səyahətə çıxmağın əsl vaxtıdır: bütün problemlərdən azad olun, yeyin, için, hamının acığına gözəl istirahət edin. Stilinizi dəyişmək istəyirsinizsə, dəyişin, niyə də yox?! Çox uğurlu alınacaq, hamının gözü sizdə olacaq. Bu aralar sevgi kitabını açmayın: uğursuz münasibət qəlbinizi qıra bilər. “Subaylıq sultanlıqdır” deyib yaşayın, vaxtı gələndə, o daşı da atarsınız. Pulunuza qənaət vaxtı deyil, ürəklə xərcləyin: yaxın zamanda xərclədiyiniz pulun ikiqatı qayıdacaq. Uğurlu günləriniz 5, 9 avqust, uğursuz gününüz isə 11 avqustdur.

BALIQLAR bürcü
Bu həftə sizin üçün bütün sahələrdə hadisələrlə dolu olacaq. İşdə sizi yeni başlanğıclar və ya layihələr gözləyir. Lakin onların uğurlu olması üçün işinizə kifayət qədər vaxt ayırmalısınız. Əgər öhdəsindən gələ bilməyəcəyinizi hiss edirsinizsə, işdə daha çox qalın və ya, hətta istirahət günündə işə çıxın. Bu, maaş artımı və ya bonus şəklində bəhrəsini verəcək. Həftənin ikinci yarısında sevgilinizlə mübahisə edə bilərsiniz. Odur ki, hər şeyi şişirtməyin, xırda problemləri sakitcə həll edin. Qidanızı nəzərdən keçirin və açıq havada daha çox vaxt keçirməyə çalışın. Uğurlu günləriniz 7, 10 avqust, uğursuz gününüz isə 8 avqustdur.

Tehsil-press.az

Oxşar xəbərlər