15.03.2017 Gündəlik Bürclər

15.03.2017 Gündəlik Bürclər Qoç - Şəxsi münasibətlər isə sizi heç də sevindirməyəcək. Özünüzü sərt, hətta aqressiv aparırsınız. Səfərlərdə, xüsusilə sükan arxasında diqqətli olun. Bu gün sizdən yalnız daxili sakitliyinizi tarazlayaraq gərginliyinizi ətrafdakılara bildirməmək tələb olunur. Bugünkü yorğunluq miqren, yaxud sinir pozuntusuna səbəb ola bilər.
Buğa - İş görün. Çətin şəraitləri araşdıraraq tərəfdaşlarınızla aranızda yaranan qeyri-müəyyənliyə son qoya bilərsiniz. Artıq başqa şərtləri diktə etmək zamanıdır. Peşəkar sahədəki uğurlarınız sizi qanadlandıracaq. Yeni zirvələrə doğru can atırsınız. Çətin ki, rəqibləriniz sizə çata bilsinlər. Şübhəli tanışlıqlardan qaçın, əgər evdən kənardasınızsa, tanımadığınız adamlarla ünsiyyət qurmayın.
Əkizlər - Ehtiyatlı tərpənərək şübhəli tədbirlərdə iştirakdan imtina etsəniz, gününüz normal keçə bilər. Sizi bu gün çox şeyə təhrik edərək həvəsləndirməyə çalışacaqlar, amma bunlarla mübarizə aparmaq üçün kifayət qədər mətinlik göstərə biləcəksiniz. Maliyyə məsələlərini həll etməyə çalışmayın. Lazımsız əşyalara pul verməyin. Sevdiyiniz adamla münasibətlərdə əhəmiyyət kəsb edəcək. Gələcəyə planların pozulacağı qoxusu ilə deyil, nikbin baxa bilərsiniz.
Xərçəng - Səhərinizi əla əhval-ruhiyyə ilə açırsınız. Bu, ətrafınızdakılara da sirayət edəcək. Sizinlə iş görmək xoş və asandır. Elə bu səbəbdən də tərəfdaş və köməkçilərinizin sayı kifayət qədərdir. Sərfəli sövdələşmə qura bilərsiniz. Günün ilk yarısı xeyriyyəçilik, köməyə ehtiyacı olanlara əl tutmaq üçün münasibdir. Ailədə fikir ayrılığı, mübahisə yaşana bilər. Bunun gələcəklə bağlı planların müzakirəsində yaşanacağı gözlənilir.
Şir - Dərhal nəticəsini ala bilməyəcəyiniz işlərlə məşğul olacaqsınız. Bu səbəbdən səbirli olun. Xırda alış-veriş üçün uğursuz gündür. Axşam səfərlərdən, xüsusilə də ictimai nəqliyyatla harayasa getməkdən çəkinin. Pulunuzu oğurlaya bilərlər, yaxud başqa xoşagəlməz hadisələrlə qarşılaşa bilərsiniz.
Qız - Çətin işlərdən qorxmayın, onların öhdəsindən yaxşı gələcəksiniz. Əhatənizdə elə adamlar toplaşıb ki, onlarla sevincinizi və kədərinizi paylaşa bilərsiniz. Yetər ki, siz onlardan yardım diləyəsiniz, onlar kömək əllərini uzatmağa hazırdırlar. Bu gün ailə problemlərini yoluna qoymaq, sevdiyiniz şəxslə gələcək planları müzakirə etmək məsləhət deyil. Təhsil, tədqiqat işləri və ədəbi yaradıcılıq işləri üçün isə əla gündür.
Tərəzi - Həm işləriniz, həm də problemləriniz yetəri qədər olacaq. Sizi bir dəqiqə də olsun sakit buraxmır, kömək, məsləhət və dəstək istəyirlər. Heç kimin də ağlına gəlmitr ki, sizin mənəvi və fiziki gücünüzün dibi dənizə bağlı deyil, onlar da bir zaman bitə bilər. Ən çətin dövr isə günortadır. Ciddi münaqişə, əsəb gərginliyi mümkündür.
Əqrəb - Başladığınız işləri tamamlaya biləcəksiniz. Gözlədiyinizdən də əla nəticə alınacaq. Ətrafdakılar sizdən mülayim, xoş sözlər gözləyirlər. Bunu onlardan əsirgəməyin. Romantik münasibətə gəlincə, qısqanclıq və ya təlaşlanmaq üçün heç bir zəmin olmayacaq. Qida rasionunuza diqqət edin, çünki həzm sisteminiz bu gün çox zəifdir. Günün sonunda pozitiv tendensiyalar özünü göstərməyə başlayacaq.
Oxatan - İstənilən görüş üçün əla gündür: kimləsə dil tapmaq istəyirsinizsə, onunla bu gün görüşün. Opponentləriniz də sizin tərəfinizə keçməyə, nöqteyi-nəzərinizi qəbul etməyə hazırdırlar. Çoxdankı bir münaqişəni aradan qaldıra, son vaxtlar pisləşən münasibətləri düzəldə bilərsiniz. Ruh yüksəkliyiniz istənilən çətinliyin öhdəsindən gəlməyə kömək edəcək.
Oğlaq - Əgər bu gün səyahətə çıxsanız, yadda qalan təəssüratla qayıdacaqsınız. Vacibliyindən asılı olmayaraq, hansısa problemi özünüzə dərd etməyin. Ulduzlar bildirir ki, bürcün tənha mənsublarının yarları yanlarında gəzir, onlar isə bundan xəbərsizdirlər. Təəssüfki sizin hələ də irəliyə doğru hərəkətinizə mane olan bağları qoparıb atmaq gücündə deyilsiniz.
Dolça - Uğurlu gündür, parlaq qələbələr qazana bilərsiniz. Nəinki düşmənləriniz, hətta özünüzün bəzi zəiflikləriniz üzərində də qələbə qazana bilərsiniz. Düzdür, buna çox güc sərf etmək lazım gələcək, amma istəsəniz, hər şey mümkündür. Bu gün yeni bir layihəyə başlamağa, öz biznesinizi yaratmağa çalışın. Bir zamanlar həyatınızda vacib rol oynamış şəxslərlə ünsiyyət baxımından əlverişli gündür.
Balıqlar - Sizi mürəkkəb bir gün gözləyir, əvvəlcədən güc toplayın. Rəhbərlik və həmkarlarınızla problemləriniz meydana çıxa bilər. Bəzi balıqlar bunu ürəklərinə salacaq və hətta iş yerini dəyişmək barədə fikirləşəcəklər. Hələ ki, ciddi qərarlar verməyə tələsməyin, bir qədər gözləyin. Gərəksiz xərclər, maliyyə itkiləri mümkündür.

Təhsil-press.az

Oxşar xəbərlər