“Ali məktəblərə ayrılan plan yerinin nə qədər çox olmasından asılı olmayaraq bəzi ixtisaslar üzrə subbakalavrların demək olar ki, şansı yox səviyyəsindədir”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev qeyd edib.
Ekspert bildirib ki, kolleci bitirdikdən sonra subbakalavr kimi universitetə müraciət edən namizədlərin qəbul şansı 50%-dən yuxarı olmalıdır:
“Ümumiyyətlə ali məktəblərə plan yerinin nə qədər çox olmasından asılı olmayaraq bəzi ixtisaslar üzrə subbakalavrların demək olar ki, şansı yox səviyyəsindədir. Məsələn, kompüter mühəndisliyi və turizm ixtisası üzrə subbakalavrların qəbul olma ehtimalı azdır. Buna səbəb nədir? Çünki turizm ixtisasına 150 bal limiti qoyulduğu üçün 150 -200 bal arası toplayan, lakin qəbul imtahanından 100 baldan aşağı nəticə göstərən abituriyentlər yalnız 4 ixtisas seçə bilirlər: marketinq, biznesin idarə edilməsi, turizm işinin təşkili və turizm bələdçiliyi.
Eyni şəkildə həmin abituriyentlər başqa ixtisaslara müraicət edə bilmədikləri üçün birbaşa az öncə sadaladığım ixtisaslara yüklənirlər. Həmin ixtisasların balı da yüksək olur. Məlumdur ki, abituriyentlər qəbul olduqdan sonra boş qalan yerlərə subbakalavrlar müraciət edə bilirlər. Nəticə olaraq universitetlərdə yer olmadığına görə subbakalavrlar da qəbul oluna bilmirlər”.
Ekspert subbakalavrlar üçün qəbul şansı yüksək olan ixtisaslardan söz açıb:
“Pedaqoji ixtisaslarda, məsələn məktəbəqədər ixtisasında vəziyyət gərgin olaraq qalır. İllərlə III qrupa hazırlaşan abituriyentlər həmin ixtisasa qəbul ola bilmirdilər. Yalnız ötən il bəzi regionlarda pedaqoji ixtisaslara subbakalavrların qəbulu mümkün oldu.
Amma bu il pedaqoji ixtisaslara qəbul riskli olacaq. Ona görə ki, III qrupda balların qalxacağı gözlənilir. Lakin iqtisadiyyat yönümlü ixtisaslar var ki, kolleci bitirmiş subbakalavrlar həmin ixtisaslara qəbul oluna bilərlər. Niyə? Çünki həmin ixtisaslar II qrupa aiddir və burada müsabiqə şərtləri çətin olmur. Hesab edirəm ki, subbakalavrlar seçim zamanı diqqətli olmalıdır”.
Tehsil-press.az