Azərbaycanda iki xanıma yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycanda iki xanıma yüksək VƏZİFƏ VERİLDİ Baş prokurorluqda yeni təyinatlar olub.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, baş prokuror Kamran Əliyevin müvafiq əmrlərinə əsasən, Şəlalə Rüstəmova və Səkinə Hüseyinova-Zeynalova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin ediliblər.

“Onlar 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunublar. Ş.Rüstəmova bu təyinata qədər Nizami rayon prokurorunun köməkçisi və böyük köməkçisi vəzifələrində, S.Hüseyinova-Zeynalova isə Siyəzən rayon prokurorluğunun müstəntiqi və həmin rayon prokurorunun böyük köməkçisi vəzifələrində işləyib”, - məlumatda qeyd olunub.

Tehsil-press.az

Oxşar xəbərlər