Əməkdar artist, bəstəkar və müğənni Elza Seyidcahan deputatlığa namizəd olub.
"32gun.az" xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyini irəli sürüb.
Müğənninin namizədliyi artıq qeydə alınıb və ona namizədlik vəsiqəsi verilib.
Qeyd edək ki, sözügedən dairədən digər namizəd Milli Məclisin deputatı Ziyad Səmədzadədir.
Xatırladaq ki, həmin dairədən Ziyad Səmədzadə də deputatlığa namizədliyini irəli sürüb. Yeni Azərbaycan Partiyasının həmin dairədə namizədi 35 yaşlı Elnur Rəhimovdur. O, “Bakı Tikiş Evi” ASC-nin sədri Fidail Rəhimovun oğludur. Bu dairədə bir digər namizəd isə AĞ Partiyanın namizədi Araz Teymurovdur.
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək.
Tehsil-press.az