Azərbaycan yenidən SİLKƏLƏNƏCƏK: Seysmoloq ƏRAZİLƏRİ AÇIQLADI - Bu tarixdə...

Azərbaycan yenidən SİLKƏLƏNƏCƏK: Seysmoloq ƏRAZİLƏRİ AÇIQLADI - Bu tarixdə... Avqust 9-da Quba stansiyasından 15 kilometr cənubda - Quba rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan yerli vaxtla saat 00:39-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,8-ə bərabər olub.

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev Referans.az-a açıqlamasında bildirib ki, ötən gecə baş verən zəlzələnin hiss olunmama səbəbi təkanın Yerin dərin qatlarında qeydə alınmasıdır.

“Baş verən zəlzələnin maqnitudasının 3.8 olmasına baxmayaraq, maqnitudası çox da səthə yaxın olmayıb deyə, güclü hiss olunmayıb. Hər zaman qeyd edirəm ki, zəlzələnin baş verməsində nəinki onun maqnitudası, hətta onun dərinliyi də xüsusi önəm daşıyır. Səthə yaxın olan təkanlar daha çox hiss olunur. Məsələn, 10-15 km-də baş verən zəlzələlər”.

Mütəxəssis bu il ərzində Azərbaycanda yenidən hiss olunan zəlzələlərin olacağını deyib.

“Bu ilin sonuna kimi bir neçə hiss olunan zəlzələ də ölkə ərazisində baş verəcək. Aktivləşmə digər illərə nisbətən daha çoxdur. Bir-birinə qonşu olan ocaqlar hərəkətə gəldikc bu aktivlik daha da intensivləşə bilər. Dünən həm Xəzər dənizində, həm də Quba ərazisində zəlzələ baş verib. Bu nə deməkdir? Yəni qonşu seysmik ocaqlar aktivləşib və daha da aktivləşəcək. Qeyd etmək istəyərdim ki, geodinamik baxımdan növbəti hiss olunan zəlzələ Şamaxı-İsmayıllı ərazisində, Xəzər dənizinin cənub və şimal hissəsində ola bilər. Ümumiyyətlə, Xəzər dənizi çox mürəkkəb geodinamik seysmik zonadır. Burada bir neçə tektonik qırılmalar, pozuntular var. Onların qovşaqları mövcuddur”.

Qulam Babayev vurğulayıb ki, il ərzində baş verəcək zəlzələləri güclü adlandırmaq olmaz, lakin hiss olunan zəlzələlər istisna deyil. Bu zəlzələlər, əsasən, 4-5.5 maqnitudalı zəlzələlər olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər