"I, III, IV və V qruplarda rəqabət çox ciddidir. II qrupda isə bir az zəif nəticələr gözə çarpır".
Bunu Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu bildirdi.
"III ixtisas qrupunda müəllimlik ixtisasında azalma var və bu o deməkdir ki, müəllimlik ixtisaslarında III qrupda ballarda kəskin qalxma olacaq. V ixtisas qrupunda İdman Akademiyasının ixtisaslarında, dizayn, təsviri-sənət müəllimliyi kimi ixtisaslarda artım görə bilərik. I ixtisas qrupunda mühəndislik ixtisaslarında ballar qalxa bilər. IV ixtisas qrupunda Tibb Universitetinin ixtisaslarının keçid ballarında artım müşahidə olunacaq".
Ekspertin sözlərinə görə, bu il subbakalavrların çoxu kəsiləcək:
"Yeni açılan universitetlərin heç biri subbakalavr qəbul etmir. Burada iki məsələ var: birincisi ixtisas, ikincisi isə kollec müddətində topladığı bal. Məsələn, biz görürük ki, adam 60 bal yığıb, ancaq ibtidai sinif müəllimliyini qurtarıb. O, yüzdə-yüz kəsiləcək və yaxud da ki, tibb bacısı və ya mamalıq ixtisasını qurtarıb, ancaq 65-70 balı var, onun da kəsilmə ehtimalı yüksəkdir. Sadəcə olaraq II ixtisas qrupunda, məsələn, düzgün seçim edən və 200 bal keçən hər bir şəxs tələbə olacaq. Amma bunu, təəssüf ki, III qrupa aid edə bilmirik, çünki nəticələr yüksək ola bilər. Ümumilikdə bu il abituriyentlərə tövsiyəm odur ki, maksimum dərəcədə diqqətli şəkildə ixtisas seçimlərini həyata keçirsinlər".
Tehsil-press.az