5 günə toyu olacaqdı, faciəvi şəkildə öldü

5 günə toyu olacaqdı, faciəvi şəkildə öldü Ötən gün gecə saat 3 radələrində Bakı-Qazax avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində Nizami Binnətov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə təkərində yaranmış nasazlıq səbəbindən yol kənarında dayanmış Orxan Həsənova məxsus “Hyundai” markalı avtomobili və həmin avtomobildən düşən sərnişin – Ağcabədi rayon sakini Nahid Səfərovu vurub.

Nahid Səfərovun 26 yaşı olub. Sosial şəbəkələrdə tanışlarının yaydığı məlumata görə, onun atası da cavan yaşda avtoqəzada vəfat edib. Nahidin evin tək oğlu olduğu bildirilib.

Nahid Səfərovun 5 gün sonra toyu olacağı və səbəbdən də son məzara çalğı ilə göndərildiyi məlub olub./Baku.ws/



Tehsil-press.az

Oxşar xəbərlər