Biotexnologiya sahəsində beynəlxalq karyera qurmaq istəyirsinizsə, bu fürsət sizin üçündür!
Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universiteti (HUJI) birgə ikili diplom proqramına qəbul elan edir!
HUJI – dünya reytinqində TOP 300-də qərarlaşan, əsası Albert Eynşteyn və məşhur biokimyaçı, İsrailin ilk prezidenti Haym Veyzman tərəfindən qoyulmuş qabaqcıl təhsil və elm ocağıdır.
Proqramın üstünlükləri:
• Tədrisin ilk ili – I semestr BDU-da, II semestr HUJI-də
• Diplom müdafiəsi olmadan HUJI magistr dərəcəsi (non-thesis)
• Təhsilin ikinci ilini BDU-da davam etdirərək iki magistr diplomu əldə etmək imkanı
Kimlər müraciət edə bilər?
• “Biologiya”, “Biologiya müəllimliyi”, “Kimya”, “Kimya müəllimliyi”, “Kimya mühəndisliyi”, “Fizika”, “Fizika müəllimliyi” və ya “Ekologiya” ixtisasları üzrə bakalavr dərəcəsi olanlar
• ÜOMG 80 və yuxarı
• IELTS 6+ və ya TOEFL iBT 89+
• Tövsiyə məktubu və tibbi arayış
Son müraciət tarixi: 20 avqust 2025
Sənədlərinizi və suallarınızı [email protected] ünvanına göndərin.
Gələcəyini beynəlxalq diplomla formalaşdır!
Bu proqram Azərbaycan Respublikası Prezidentinin 711 nömrəli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı çərçivəsində həyata keçirilir.


Tehsil-press.az