Tovuzda ağır qəza: ana öldü, 3 övladı yaralandı

Tovuzda ağır qəza: ana öldü, 3 övladı yaralandı Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yolun Tovuz rayonu, Əyyublu kəndi ərazisindən keçən hissəsində "QAZel" markalı yük avtomobili ilə "Ford" markalı minik avtomobili toqquşub.
Nəticədə "Ford"un sərnişini, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Həsənova Sevda Tapdıq qızı dünyasını dəyişib. Onun övladları - 1995-ci il təvəllüdlü Cəfərova Gülnarə Elsevər qızı, 1997-ci il təvəllüdlü Cəfərova Maniyə və 2012-ci il təvəllüdlü Cəfərov Rəsul, habelə qayını, avtomobili idarə edən Cəfərov Aytəkin İsrail oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə Gəncə şəhər sakini Sevda Tapdıq qızı Həsənovanın bir il bundan əvvəl dünyasını dəyişən həyat yoldaşının "il mərasimi"nə gedərkən baş verib.
Belə ki, Aytəkin Cəfərov qardaşının həyat yoldaşını və övladlarını Tovuz rayonuna il mərasiminə aparırmış.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Təhsil-press.az

Oxşar xəbərlər