Zaqatala-Qax yolunda AĞIR QƏZA: bir ailənin 2 üzvü...

Zaqatala-Qax yolunda AĞIR QƏZA: bir ailənin 2 üzvü... Qaxda minik avtomobilləri toqquşub, ikisi bir ailənin üzvü olmaqla üç nəfər xəsarət alıb.

Hadisə günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qax şəhər sakini 1975-ci il təvəllüdlü Eldəniz Allahverdi oğlu Paşayevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ruslan Natiq oğlu Ələsgərovun idarə etdiyi "VAZ-21015" markalı avtomobili toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ 2107” markalı avtomobilin sürücüsü E. Paşayev, avtomobildə sərnişin qismində olan həyat yoldaşı 1981-ci il təvəllüdlü Aynur Eyvaz qızı Paşayeva və digər avtomobilin sürücüsü R. Ələsgərov Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər