Təlim zamanı Azərbaycan tarixinin formalaşma mərhələləri, qədimdən günümüzə qədər baş verən mühüm ictimai-siyasi hadisələr müqayisəli yanaşmalarla təhlil edilib. Təlimin əvvəlində milli kimliyin formalaşması, Vətən anlayışı, bu anlayışların tarixi proseslərdəki inkişafı geniş müzakirə olunub.
Təlimdə Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin – Albaniya, Atropatena, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfşarlar və xanlıqlar dövrünün tarixi, ictimai quruluşları, daxili və xarici siyasətləri haqqında məlumatlar təqdim edilib. Bu dövlətlərin tarixi haqqında yazan müəlliflərin əsərləri müqayisəli təhlil olunub. Səfəvi ordeninin yaranması, ideoloji əsasları və siyasi təsirləri ilə bağlı ətraflı məlumat verilib. Təlimdə rusların Azərbaycan ərazisinə yürüşləri, bunun tarixi nəticələri və bölgədə yaratdığı dəyişikliklər də diqqət mərkəzində olub.
Sessiya zamanı iştirakçılara etnonimlər və toponimlərlə bağlı maraqlı tarixi faktlar da təqdim olunub, terminlərin mənşəyi və onların formalaşma tarixi barədə maraqlı müzakirələr aparılıb.
Tehsil-press.az