Deputat yataq otağından video paylaşdı - Şok görüntülər

Deputat yataq otağından video paylaşdı - Şok görüntülər Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq davam edir. Hazırda 125 dairədə 1000-dən artıq namizəd təbliğat kampaniyası aparır.

Qeyd edək ki, namizədliyini növbəti dəfə 81 saylı İmişli seçki dairəsindən irəli sürən Razi Nurullayev rəqibləri ilə müqayisədə xüsusi fəallığı ilə seçilir. O, tez-tez namizəd olduğu dairənin ərazisində yerləşən kəndlərə baş çəkir, sakinlərlə görüşür, onların qayğıları ilə maraqlanır.

Deputat sağlamlığının qeydinə qalmağı da unutmur, çoxsaylı görüşlərin arasında idmana da vaxt ayırır. O, ötən gün yataq otağında idman hərəkətləri ilə məşğul olarkən çəkilmiş görüntüləri paylaşıb.

Əvvəlki videogörüntülərdən fərqli olaraq, Razi Nurullayevin bu davranışı birmənalı qarşılanmayıb. Məlum videogörüntülər dərhal sosial şəbəkələrdə paylaşılaraq, qızğın müzakirə olunub. Sosial şəbəkə istifadəçiləri deputatı ifrat səmimiyyətdə günahlandırıblar. Məlum videogörüntülərin altına “Görün, kimlərin ümidinə qalmışıq. Bundan deputat olar?”, “Ölmədik deputatı yataqda da gördük”, “Şükür kərəminə, Ya Rəbb”, “Üzündə bir qram da nur yoxdur” məzmunlu şərhlər yazıblar. / Yenisabah.az

Tehsil-press.az

Oxşar xəbərlər