Qazaxıstan İrandan Çinə qədər bütün ölkələrlə ticarət əlaqələrini dərinləşdirərkən öz iqtisadi maraqlarını hər şeydən üstün tutacağını vəd edərək, Rusiyaya qarşı sanksiyaları saxlamaqla yeni kursa gedir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” yazır.
Qazaxıstanın ticarət naziri Serik Jumanqarinin sözlərinə görə, sanksiyalar öz regionlarında əsas işəgötürən olan yerli şirkətlərə təsir edərsə, sanksiyalara kor-koranə əməl etməyəcək.
“Biz öz istehsalçılarımızın ticarətinə qadağa qoyulmasına icazə verməyəcəyik”, - nazir bildirib.
Jumanqarin qeyd edib ki, Qazaxıstan ikili hərbi və mülki təyinatlı çiplərin satışına qadağaya qoşulmayıb: “Çünki yerli zavod bunları yalnız Şərqi Avropa və keçmiş Sovet İttifaqında ənənəvi olaraq istifadə edilən texniki şərtlərə uyğun istehsal edir”.
Çiplər Rusiyanın müdafiə sənayesi üçün lazım olan əsas hərbi məhsullar sırasındadır.
Qazaxıstanın tələblərinə uyğun istisnaların ola biləcəyinə işarə edən Jumanqarin sanksiyalarla bağlı qaydalara əməl etməyə davam edəcəklərini açıqlayıb.
“ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyaya məruz qalan yerli şirkətlər bağlanma mərhələsindədir”, - nazir ətraflı məlumat vermədən deyib.
Agentlik qeyd edir ki, Qazaxıstan ABŞ və müttəfiqlərinin Rusiya iqtisadiyyatını təcrid etmək səylərində mərkəzi rol oynayan ölkələr sırasındadır.
Qazaxıstan və Rusiya Gömrük İttifaqının üzvləridir, Qazaxıstan neftinin təxminən 80 faizini daşıyan Rusiyanın Novorossiysk limanına qoşulan boru kəməri ilə ABŞ-Kanadadan sonra dünyada ikinci ən uzun sərhədi bölüşürlər.
Bununla belə, Jumanqarin əlavə edib ki, malların Rusiyaya çıxışını məhdudlaşdırmağa yönəlmiş bəzi tədbirlər Qazaxıstana qeyri-mütənasib şəkildə zərər vurub.
Qərb hökumətləri isə Ukrayna müharibəsinə qədər Rusiyanı özünün ən böyük ticarət tərəfdaşı hesab edən Qazaxıstana dəyən ziyanı aradan qaldırmaq üçün çox az iş görüb. Jumanqarin misal olaraq, 40 faizinin Qazaxıstan dövlətinə məxsus olan “Eurasian Resources Group”u göstərib. Şirkət sanksiyalar onun məhsullarının Rusiyaya satışını əngəlləyəndən sonra böyük itkilərə məruz qalıb.
Tehsil-press.az