Yeni Zelandiya Rusiya vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edib

Yeni Zelandiya Rusiya vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edib Yeni Zelandiya hökuməti rusiyalı siyasi xadimlərə, hərbçilərə və sahibkarlara qarşı yeni sanksiyalar elan edib.
Bu barədə ölkənin xarici işlər naziri Nanami Mahutanın bəyanatında bildirilir.
"Bu gün biz Rusiyaya qarşı ən böyük sanksiyalar paketini elan edirik ki, onun hərəkətlərinin qınanmasını nümayiş etdirək. 87 Rusiya vətəndaşına - prezident Putinə yaxın siyasi xadimlərə qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək", - deyə Mahuta bildirib.
Nazir bildirib ki, yeni sanksiya siyahısına Rusiyanın Mərkəzi Seçki Komissiyasının üzvləri, münaqişədə fəal rol oynayan hərbi birləşmələrin hərbi qulluqçuları və komandirləri, eləcə də onların ailə üzvləri daxil edilib:
"Rusiyanın işğalına reaksiya və Ukraynaya dəstək çərçivəsində Yeni Zelandiyanın gördüyü tədbirlərin miqyası böyükdür. Çünki Rusiya Federasiyasının hərəkətləri bütün dünyanın və ölkəmizin təhlükəsizliyinə və iqtisadi sabitliyinə təsir göstərir".
Hazırda Yeni Zelandiya Rusiya və Belarusun 1,2 mindən çox vətəndaşına qarşı ölkəyə girişi qadağan edən sanksiyalar tətbiq edib. Bundan əlavə, Rusiyaya qarşı sərt iqtisadi məhdudiyyətlər tətbiq olunub. Nəticədə Moskva ilə Vellinqton arasında ikitərəfli ticarət praktik olaraq dayandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər