AB ölkələri 11-ci sanksiyalar paketi ilə bağlı yenə razılığa gələ bilmədi

AB ölkələri 11-ci sanksiyalar paketi ilə bağlı yenə razılığa gələ bilmədi AB ölkələrinin nümayəndələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketində məhdudlaşdırıcı tədbirlərinlərin çoxluğu ilə bağlı razılığa gələ bilməyiblər.
Yeni sanksiyalar Qazaxıstan, Ermənistan, BƏƏ və digər Mərkəzi Asiya dövlətlərindən AB-yə əsas malların ixracını məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Bildirilib ki, onların vasitəsilə Rusiya idxalı qadağan olunmuş malları alır.
Almaniya və Fransa Rusiyaya yardım edən ölkələrə qarşı tətbiq edilən tədbirlərin şiddətini azaltmaq istəyirlər. Diplomatlar bildiriblər ki, bu dövlətlərə qarşı sanksiyalar onları yalnız Moskvaya yaxınlaşdıra bilər.

Tehsil-press.az


Oxşar xəbərlər