Bakının Xətai rayonunun Babək prospekti, eləcə də Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi nəzərdə tutulur.Bu barədə Xətai Rayon İcra Hakimiyyəti xəbər verir.
Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Söküntü işləri üçün 1,7 milyon manatdan çox vəsait xərclənəcəyi gözlənilir./Manset.az /
Tehsil-press.az









