Dollar, manat, valyuta, məzənnə… Son zamanlarda dildən-dilə dolanan iddialara, sosial şəbəkələrdə və KİV-lərdə yayılan məlumatlara əsasən 1 dolların 2 AZN təşkil edəcəyi ilə bağlı xəbərləri tez-tez görürük. Ekspertlər isə öz açıqlamalarında bildirir ki, yaxın zaman ərzində manat devalvasiyaya uğrayacaq və dolların dəyəri kəskin şəkildə artacaq.
Görəsən həqiqətənmi dollar qalxacaq və dollar devalvasiyaya uğrayacaq? Dollar qalxarsa, ölkə olaraq bizi qarşıda nələr gözləyir? Ümumiyyətlə dolların kəskin artımına hazırıqmı?
Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, 9 ilə yaxındır 1.70 AZN təşkil edən sabit məzənnəni, uzun zaman eyni səviyyədə saxlamaq iqtisadi baxımdan çətindir:
“Bundan başqa Azərbaycanda valyuta ehtiyatlarına təsir edən proseslər baş verib - neftin hasilatı azalıb və neftin qiyməti 75 dollara düşüb. Bütün bunlar manatın məzzənəsinə dolayı şəkildə təsir edən amillərdir. Ona görə də bu il olmasa belə, gələn il Mərkəzi Bank və hökumət manatın məzənnəsi ilə bağlı qərar qəbul edə bilərlər”, -deyə, N.Cəfərli qeyd edib.
Digər həmsöhbətimiz iqtisadçı-ekspert Xalid Kərimli deyir ki, Mərkəzi Bank mövqeyini davam etdirəcəksə, indiki iqtisadi, tədiyyə, idxal-ixrac göstəriciləri, neftin-qazın qiyməti ilə bu siyasəti davam etdirə bilər. Neft qiymətlərinin kəskin enməsi manatın məzənnəsi ilə bağlı ciddi risk təşkil edir. Mərkəzi Bank könüllü şəkildə kursu dəyişməyəcək, amma məcbur olduğu təqdirdə bu addımı atacaq. Onu da buna məcbur edən əsas faktor isə neftin dünya bazarındakı qiymətləri ola bilər. Neftin dünya bazarındakı qiymətləri kəskin ensə, bu ehtimal güclənəcək:
“Ancaq indiki məqamda neft 80 dollar ətrafında ixrac olunur. Tədiyyə profisiti, idxal-ixrac əməliyyatlarında idxal gəlirlərimiz, ixrac xərclərindən çoxdur. Ona görə də, indiki məqamda risk yoxdur”, - deyə Xalid Kərimli bildirib.
Xalid Kərimli: ADNF- nun gəlirlərinin yüksəlməsi proqnozlaşdırılır
Qeyd edək ki, 2006-cı il yanvarın 1-də 1:5000 miqyasında həyata keçirilən denominasiyadan sonra ilk devalvasiyaya qədər dolların məzənnəsi 2006-cı il yanvarın 3-də (0,9184 AZN/USD) ucuzlaşmağa başlayaraq, 2014-cü il iyunun 10-da minimal həddə (0,7842 AZN/USD) enib.
Tehsil-press.az