Rusiya kürəyindən vuruldu - Türkiyədən sürpriz gediş

Rusiya kürəyindən vuruldu - Türkiyədən sürpriz gediş Türkiyə ABŞ-dan F-35 təyyarələri ala bilmək üçün Rusiya istehsalı olan "S-400" zenit raket komplekslərindən imtina etmək niyyətində olduğunu bəyan edib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə F-35 proqramından çıxarıldıqdan sonra hava imkanlarını təkmilləşdirmək üçün müxtəlif axtarışlardadır. Yerli hərbi imkanlardan əlavə Türkiyə “Eurofighter” kimi alternativləri dəyərləndirməyə çalışır. Bununla belə, Ankarada kulislərdə yayılan iddialar görə, Türkiyə F-35-ləri almaq üçün S-400-lərlər bağlı ABŞ-a maraqlı təklif irəli sürüb. Bildirilir ki, Türkiyə ABŞ-ın F-35 proqramına yenidən qoşulmaq S-400 probleminin həlli təklifini irəli sürüb. “Cumhuriyet” qəzetinin xəbərinə görə, Türkiyə ABŞ-dan 1 donanma F-35 və 1 donanma F-35B (şaquli eniş-uçuş variantı) tələb edib. Qarşılığında isə Türkiyə ABŞ-a S-400-ləri qutuya qoymağı təklif edib. Rusiyanın bu həmləyə necə reaksiya verəcəyi maraq doğurur. Bəzi iddialara görə, Rusiya bunu normal qarşılaya bilər. Rusiyanın Türkiyənin həmləsindən narazı olsa belə, indiki halda buna sərt şəkildə etiraz etməsi gözlənilmir.

Həmçinin, Türkiyənin S-400 ləri Rusiyanın yaxşı münasibətdə olduğu Pakistan və ya Hindistana satması da mümkündür.

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Türkiyənin S-400 problemini həll edəcəyi təqdirdə yenidən F-35 proqramına daxil ola biləcəyini təklif etmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər