Araz Əlizadənin həkimindən açıqlama

Araz Əlizadənin həkimindən açıqlama “Deputat Araz Əlizadənin vəziyyəti yaxşıdır. Hazırda palatada gəzir”.
Bunu Tehsil-press.az-a açıqlamasında millət vəkilini əməliyyat edən cərrah-laparoskopist Elçin Əzizov deyib.
O qeyd edib ki, dünəndən Araz Əlizadənin böyrək çatışmazlığından əziyyət çəkdiyi haqqında məlumatlar yayılır: “Bu məlumat yanlışdır. Araz Əlizadə öd kisəsindən laparoskopik əməliyyat olunub. Çox güman ki, sabah klinikadan evə buraxılacaq”.
Xatırladaq ki, deputat “Caspian İnternational Hospital”da əməliyyat olunub.

Tehsil-press.az


Oxşar xəbərlər