Polisin əmrinə tabe olmayan maşından dana çıxdı - FOTO

Polisin əmrinə tabe olmayan maşından dana çıxdı - FOTO Türkiyənin Adana vilayətində polisin xəbərdarlığına tabe olmayan avtomobildə oğurlanmış buzov aşkarlanıb.

Adananın Feke rayonunda polis postunda şübhəli avtomobilin olduğu aşkarlanıb və polis avtomobili saxlamaq istəyib.

Xəbərdarlığa tabe olmayan sürücü maşını ilə qaçmağa başlayıb. Polis tərəfindən sıxışdırılan avtomobildən enən iki nəfər məşəyə tərəf qaçıb. Lakin həmin şəxslər polis tərəfindən saxlanılıb.

Avtomobildə olan buzovun isə oğurluq olduğu məlum olub./lent.az/

Polisin əmrinə tabe olmayan maşından dana çıxdı - FOTO


Tehsil-press.az

Oxşar xəbərlər