Prezident bu nazirliyin səlahiyyətini azaltdı

Prezident bu nazirliyin səlahiyyətini azaltdı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Dəyişikliyə əsasən, Ədliyyə Nazirliyi siyasi partiyaların fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunu öyrənmək səlahiyyətini itirir.

Bununla belə, Əsasnaməyə edilən əlavəyə görə, nazirliyə “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsi verilir.

Dəyişikliyə əsasən, Ədliyyə Nazirliyi, həmçinin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda siyasi partiyaya münasibətdə məlumatları nəzərdən keçirmək, araşdırma aparmaq, izahat almaq, yazılı xəbərdarlıq etmək və digər tədbirlər görmək kimi hüquqlara malikdir.//musavat

Tehsil-press.az

Oxşar xəbərlər