Şifahi imtahana buraxılmış hakimliyə namizədlərin siyahısı açıqlandı

Şifahi imtahana buraxılmış hakimliyə namizədlərin siyahısı açıqlandı Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin müasir beynəlxalq tələblər səviyyəsində və şəffaf prosedurlarla fasiləsiz seçimi davam etdirilir. Davamlı olaraq aparılan müsabiqə çərçivəsində növbəti test imtahanında müvəffəqiyyət qazanmış 167 nəfər namizədlə 21 iyul 2024-cü il tarixdə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda elektron qaydada yazılı imtahan keçirilib, imtahan zamanı cinayət və mülki sahələr üzrə kazus xarakterli 2 sual 4 saat ərzində cavablandırılıb. Hakimliyə namizədlərin cavab vərəqələri kodlaşdırılaraq anonim qaydada, ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssislər tərəfindən ayrı-ayrılıqda yoxlanılıb. “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi” Qaydalarına əsasən, namizədin həm cinayət, həm də mülki sahələr üzrə topladığı ballar cəmlənir və 2-yə bölünərək, yekun bal müəyyən edilir. Topladığı yekun bal 60 və ya daha çox olan namizəd yazılı imtahanın bu fazasından keçmiş hesab edilir, bu şərtlə ki, onun hər inşa mövzusu üzrə ayrı-ayrılıqda topladığı ballar 50-dən az olmasın.

Hakimlərin Seçki Komitəsindən e-huquq.az-a verilən məlumata görə, imtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 75 nəfər hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə, şifahi imtahana buraxılıb. Qaydalara əsasən yazılı imtahanın nəticələri namizədlərin yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir.

Şifahi imtahanlar 2024-cü ilin oktyabr ayından başlayaraq mərhələli qaydada keçiriləcəkdir.

Eyni zamanda bildirilir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və 15 dekabr 2024-cü il tarixdə keçiriləcək test imtahanı üçün artıq 100-dən çox namizəd sənədlərini təqdim edib.

Hakimlərin Seçki Komitəsi yerlərin məhdudluğunu nəzərə alaraq, hakim olmaq arzusunda olan şəxsləri müsabiqədə daha fəal iştiraka dəvət edir.

Şifahi imtahana buraxılmış hakimliyə namizədlərin kod üzrə siyahısını təqdim edirik:

№ Kodu
1 2413001
2 2413016
3 2413017
4 2413018
5 2413019
6 2413062
7 2413063
8 2413065
9 2413071
10 2413083
11 2413102
12 2413104
13 2413105
14 2413112
15 2413128
16 2413137
17 2413140
18 2413147
19 2413153
20 2413154
21 2413155
22 2413156
23 2413158
24 2413161
25 2413163
26 2413166
27 2413170
28 2413173
29 2413177
30 2413179
31 2413180
32 2413181
33 2413187
34 2413204
35 2413207
36 2413208
37 2413210
38 2413217
39 2413220
40 2413221
41 2413222
42 2413224
43 2413228
44 2413241
45 2413248
46 2413252
47 2413262
48 2413263
49 2413264
50 2413265
51 2413266
52 2413275
53 2413277
54 2413289
55 2413291
56 2413292
57 2413294
58 2413295
59 2413300
60 2413304
61 2413319
62 2413331
63 2413332
64 2413333
65 2413336
66 2413341
67 2413379
68 2413386
69 2413389
70 2413392
71 2413395
72 2413401
73 2413402
74 2413411
75 2413414

Tehsil-press.az

Oxşar xəbərlər