BAKI ATATÜRK LİSEYİNDƏ RƏZALƏT – 11-ci sinif şagirdləri məktəbdən niyə qovulub?

BAKI ATATÜRK LİSEYİNDƏ RƏZALƏT – 11-ci sinif şagirdləri məktəbdən niyə qovulub? "Belə qanunsuzluğu, özbaşınalığı Türkiyədə edə bilərsinizmi? Budurmu, Sizin "türkçülüyünüz", "turançılığınız"?! Böyük demokrat Atatürkün ismini daşıyan liseydə bu nə diktatorluq? İnsanlar etiraz, şikayət edə bilməzlərmi?"

Bu, sual, təəccüb və şikayət dolu cümlələr "AzPolitika.info" saytının baş redaktoru Elnur Məhərrəmlinin Bakı Atatürk Liseyində üzləşdiyi qanunsuzluq, dərəbəyliklə bağı "Facebook" səhifəsindəki paylaşımından götürülüb. E.Məhərrəmlinin 2 övladı bu ilədək sözügedən məktəbdə təhsil alıb.

Baş redaktorun qeydlərindən məlum olur ki, Atatürk Liseyində Azərbaycan qanunları tapdaq altına atılmaqla bərabər bu məktəbdə təhsil alan şadirdlərin valideynləri şantaj olunur, onlara hər hansı etiraz, şikayət etmək hüququ tanınmır.

Elnur Məhərrəmli yazır: ""Türkçü-turançı diktatorlar"la yollarımızı ayırdıq! "Hədəf Liseyi" ilə davam edəcəyik. Səbuhi və Dəniz bundan sonra təhsillərini Hədəf Liseyində davam etdirəcəklər. 11-ci sinifdə məktəb dəyişməyə məcbur olduq. "Türk liseyi" brendinə qara ləkə olan Bakı Atatürk Liseyi ilə son ildə yolumuzu ayırdıq.

Bakı Atatürk Liseyi təhsilin səviyyəsinə görə, məsələn, tamamilə ödənişsiz olan Dəyanət Liseyinin çox-çox uzağında olsa da, son illərdə sürətlə təhsilhaqqını artırmağa başlayıb.

Bakı Atatürk Liseyi Türk Dünyası Araşdırmalar Vəqfinin liseyidir. Bu vəqfi professor Turan Yazqan qurub. Hazırda vəqfə onun oğlu rəhbərlik edir. Türkçülüyün, turançılığın təbliği vəqfin fəaliyyətinin əsasını təşkil edir və bu niyyətlə bir çox yerlərdə, o cümlədən Azərbaycanda lisey təsis ediblər. Hər halda özləri belə bəyan edirlər. Rəsmi saytlarında onu da bəyan ediblər ki, "okullarımız heç bir ticari amac taşımayan, kar qayesi güdmeyen kuruluşlardır". Yəni məqsədləri pul qazanmaq deyil, türkçülüyün, turançılığın təbliğidir.

Lakin nə işdirsə, məqsədləri "ticari amac" daşımayan bu liseydə hazırda illik təhsilhaqqı 4500 manatdır. Bu rəqəm bir çox özəl liseylərin qiymətinə yaxındır və sadə riyazi hesablama sübut edər ki, hazırda bu "türkçü-turançı bəylərin" Bakı Atatürk Liseyi tərtəmiz "ticari amacla" fəaliyyət göstərir. Göstərsin, bunda işimiz yoxdur. Türkçülük-turançılıq maskası altında gizlənən azmı dələduz görmüşük?!

Amma siz bu vəqfin, liseyin rəhbərliyinin türkçülük-turançılıq bir yana qalsın, adi təhsilverən, müəllim, ziyalı adına ləkə olan hərəkətlərinə baxın. Demək "ticari amac" daşımayan Bakı Atatürk Liseyində 2018-ci ildə hər uşağa illik 1000 manatla təhsilə başlamışıq. 28 May metrostansiyasının yanında darısqal, həyəti, məktəb infrastrukturu olmayan kiçik bir binaları var. Sonra Əhməd Rəcəbli küçəsində nisbətən geniş, az-çox məktəbə oxşayan binaya köçdülər. Biz də illik 2 min manatla bura köçdük. 9-cu sinifdə təhsilhaqqı 2500 manata, 10-cu sinifdə 2750 manata qalxdı. Razılşadıq. Bu il isə bu "türkçü-turançı dələduzlar" heç bir əsaslandırma, izah vermədən, tərbiyəsiz formada, həyasızcasına hər uşağa 4500 manat tələb etməyə başladılar. Üstəlik, etiraz etmək və ya heç olmasa səbəbini öyrənmək istəyən valideyinləri heç qəbul belə etmək istəmirdilər.

Övladı 11-ci sinifə keçən, kəskin qiymət artımına yəqin ki, həm də gücü çatmayan, amma eyni zamanda da bizim kimi son sinifdə uşağını dostlarından, çevrəsindən ayırmaqla ona psixoloji sarsıntı yaşatmaq istəməyən valideynlərin bir qrupu 11-ci siniflər üçün qiymət artımına getməmək xahişi ilə liseyin sahibinə – Türk Dünyası Araşdırmaları Vəqfinə məktub yazmaq qərarına gəldilər. Məktubu 22 valideyn imzalasa da, məktub vəqfin email adresinə 2 valideynin elektron poçtundan göndərildi. Bilirsinizmi, bundan sonra nə baş verdi? Böyük Demokrat Atatürkün adını istismar edən bu liseydə hansı rəzilliyin yaşandığını təsəvvür edə bilməzsiniz: Liseyn direktoru Eylem Gültekin "beni nasıl şikayət edərsiniz" deyə həmin 2 valideynin uşağını məktəbdən qovdu!//big.az

Tehsil-press.az

Oxşar xəbərlər