Məktəbli Ləman Sadiqzadə: Azərbaycanda təhsilə dövlət qayğısı daim hiss olunur

Məktəbli Ləman Sadiqzadə: Azərbaycanda təhsilə dövlət qayğısı daim hiss olunur Bakı Atatürk Liseyi bizə təhsil verməklə yanaşı, vətənpərvərliyi, xalqa bağlılığı, birgə mübarizə aparmağı, sədaqətli dostluğu öyrədir. Biz müəllimlərimizdən elmi biliklərdən əlavə, həyat dərslərini də alır, çətinliyə düşən zaman onların tövsiyələrini dinləyirik.
Bu sözləri sentyabrın 17-də liseydə “Bilik günü” münasibətilə keçirilən tədbirdə iştirak edən 11-ci sinif şagirdi Ləman Sadiqzadə söyləyib.
O deyib: “Biz şagirdlər dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilimizə böyük qayğısını daim hiss edirik. Ölkəmizdə hər il yeni məktəb binaları tikilib istifadəyə verilir, qəzalı vəziyyətdə olan təhsil müəssisələri təmir edilir, müasir avadanlıqla təmin olunur. Azərbaycanda təhsil sistemi getdikcə inkişaf edir. Erməni qəsbkarlarının zəbt etdikləri torpaqlarımızın tezliklə azad olunmasını və “Bilik günü”nün həmin bölgələrdə də təntənə ilə keçirilməsini çox arzulayıram. İnanıram ki, ölkə Prezidentinin yürütdüyü məqsədyönlü siyasət nəticəsində bu arzum tezliklə reallaşacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər