Sentyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Nefçilər günü”nə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin neft strategiyasının şanli səhifəsi – “Əsrin müqaviləsi” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eləcə də Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə əvvəlcə “Neftlə yazılan tarix” sənədli filmi nümayiş olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Ümummilli Lider Heydər Əliyev tərəfindən 2001-ci ildə təsis olunan “Neftçilər günü” münasibətilə Azərbaycanın neft sənayesi tarixində mühüm rol oynamış neftçiləri, alimləri, həmçinin tanınmış neftçilər yetişdiriən professor-müəllim heyətini təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının şanlı səhifəsi olan "Əsrin müqaviləsi"nin Azərbaycan neft sənayesinin inkişafındakı xüsusi əhəmiyyətindən söz açan dosent Vazeh Əskərov ölkə iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə neft sənayesinin və insan kapitalının davamlı inkişafında mühüm rol oynadığını deyib.
"Əsrin müqaviləsi"ni Ümummilli Lider Heydər Əliyevin “Şah əsəri” kimi dəyərləndirən Azərbaycan Respublikasının keçmiş xarici işlər naziri, görkəmli dövlət xadimi Həsən Həsənov həmin dövrdə “Əsrin müqaviləsin”ə gedən yoldakı çətinliklərdən və maneələrdən danışıb, müqavilənin Prezident Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşdığını vurğulayıb.
ADNSU-nun məzunu, Azərbaycanın “Tərəqqi” medalı ilə, Vyetnamın “Əmək” və “Dostluq” ordenləri ilə təltif olunmuş, Tofiq Məhəmmədov və ADNSU-nun məzunu, "Caspian Barrel" Neft Araşdırmalar Mərkəzinin rəhbəri, neft üzrə tanınmış ekspert İlham Şaban doğma ali təhsil ocağında Neftçilərin peşə bayramına həsr olunmuş tədbirdə olmaqdan məmnun olduqlarını deyib, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən neft və enerji strategiyasının ölkəmizin sosial-iqtisadi həyatındakı əhəmiyyətindən bəhs ediblər.
Tehsil-press.az