Sentyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2024/2025-ci tədris ilinin başlanması və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov tələbələri və professor-müəllim heyətini “Bilik Günü” münasibətilə təbrik edərək yeni tədris ilində onlara uğurlar arzu edib. 2024/2025-ci tədris ilinin həm də ADNSU-ya 105-ci qəbul ili olduğunu deyən dosent Vazeh Əskərov universitetə cari qəbul ststistikasını diqqətə çatdırıb və 5500-dən artıq tələbə qəbul olunduğunu bildirib. Qəbul göstəricilərinə əsasən, bu il kəmiyyətlə yanaşı, keyfiyyətin də yüksəldiyini deyən dosent Vazeh Əskərov əvvəlki illərlə müqayisədə qəbulda orta bal göstəricisinin yüksəldiyini deyib. O, ADNSU tələbəsi adını qazanmış gənclərin yüksək səviyyəli tədris mühiti ilə təmin olunması və yüksəkixtisaslı mütəxəssis kimi formalaşmasının qarşıda duran ən mühüm məsələ olduğunu qeyd edib.
Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov ölkə üçün neft-qaz və digər istehsalat sahələri üçün mühəndis kadrların hazırlığında ADNSU-nun mühüm rolundan danışıb və gəncləri belə bir ali təhsil müəssisəsinin tələbəsi adını qazanmaları münasibətilə təbrik edib.
Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə məzunu olduğu doğma ali təhsil ocağında müəllim və tələbələri “Bilik Günü” münasibətilə təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb. Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğıdan söz açan V.Rəhimzadə gənclərin üzərinə Azərbaycanın inkişafına töhfə verməyə çalışmaq kimi mühüm bir vəzifə düşdüyünü deyib.
Sonra fakültələr üzrə ən yüksək bal toplayaraq ADNSU-ya qəbul olunmuş I kurs bakalavr və magistrantlar mükafatlandırlıb. Universitet üzrə ən yüksək bal toplamış 3 tələbəyə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov xüsusi hədiyyələr təqdim edib.
Tədbir ADNSU-nun “Gənclik” Mahnı və rəqs ansamblının rəqsi və tələbənin ifasında musiqi nömrəsi ilə davam edib.
Tehsil-press.az