İran İslam ölkələrinə İsraillə bağlı çağırış etdi

İran İslam ölkələrinə İsraillə bağlı çağırış etdi İranın ali dini lideri Əli Xamenei bütün islam ölkələrini İsraillə siyasi əlaqələri məhdudlaşdırmağa və onunla iqtisadi əlaqələri kəsməyə çağırıb.

Axar.az xəbər verir ki, o, bunu Tehranda Beynəlxalq İslam Birliyi Konfransında bildirib.

“İslam dünyası sionist rejimlə siyasi əlaqələri məhdudlaşdırmalı, mediada ona təzyiqləri artırmalı və məzlum Fələstin xalqının tərəfində möhkəm dayandıqlarını açıq şəkildə göstərməlidir”, - Xamenei əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər