“Azərsu” sədr müavininin düşdüyü qəza ilə bağlı - Rəsmi açıqlama

“Azərsu” sədr müavininin düşdüyü qəza ilə bağlı - Rəsmi açıqlama Daxili İşlər Nazirliyi dünən Sumqayıt şəhərində “Azərsu” ASC-nin sədr müavini Teyyub Cabbarovun düşdüyü qəza ilə bağlı açıqlama verib.

Tehsil-press.az-ın verdiyi xəbərə görə, mayın 2-də saat 15 radələrində Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini Rüstəm Haqverdiyevin idarə etdiyi “Toyota” və Qusar rayon sakini Rabit Əkbərovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub. “QAZ-3110” markalı avtomobildə yanğın baş verib. Nəticədə R.Haqverdiyevin sərnişinlərindən Adışirin Ələkbərov hadisə yerində ölüb, özü və 3 sərnişini, habelə R.Əkbərov xəstəxanaya yerləşdirilib, R.Haqverdiyev orada vəfat edib.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır. Qeyd edək ki, qəzaya düşən sərnişinlərdən biri Teyyub Cabbarov “Toyota” markalı avtomobildə olub, o yüngül xəsarət alıb. Vəfat edən Adışirin Ələkbərov “Azərsu”nun “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini olub. Hadisə şahidləri “Qafqazinfo”ya dünənki dəhşətli qəzadan daha bir foto göndərib.


Tehsil-press.az

Oxşar xəbərlər