"Bir insan şəkil çəkdirməklə kimisə öldürə bilər?"- Hacı Nurandan AÇIQLAMA

"Hazırda xeyriyyə işləri ilə məşğuluq. İnsanlara köməklik göstəririk".

Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış xeyriyyəçi və teleaparıcı Hacı Nuran deyib.

O bildirib ki, hazırda yeni layihə mövcud olmasa da, bir sıra işlər həyata keçirilir:

"Hələki heç bir yeniliyimiz yoxdur. ATV kanalında verlişimiz öz axarı ilə davam edir. Bu layihələrimizə müraciət edən insanlar çoxdur, xəstə uşaqların sağlamlıqları ilə məşğul olmağa çalışırıq. Amma hələlik planda yeni layihəmiz yoxdur".

Hacı Nuran cəmiyyətdə onunla bağlı səsləndirilən bəzi fikirlərə də münasibət bildirib:

"Bu məsələ çox ucuz mövzudur. Yəni fotomuz olan məşhur insanların ölümü bağlı düşüncələr doğru deyil. Bu mövzuda danışmağı heç sevmirəm və istəmirəm. Çünki bu gülməlidir. Bir insan şəkil çəkdirməklə kimisə öldürə bilər? Absurddur".

Tehsil-press.az

Oxşar xəbərlər