“Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə Baş nazir Əli Əsədov tərəfindən şiddətli töhmət verilməsi geniş müzakirə olunur.
Pravda.az xəbər verir ki, töhmət qərarı bir müddət öncə ““Azərenerji”ni ektrasenslər idarə edir”, “Baba Rzayevin falçı sevdası” kimi xəbər başlıqları ilə gündəmə gələn Rzayevin xidməti kabinetinə cadu etdirməsi barədə yayılan görüntüləri yada salıb.
Həmin ərəfədə ekstrasens Elman Əliyevin Balababa Rzayevlə bağlı dediyi “Balababanın qohumlarına deyin ki, o, uçuruma gedəndə hamınızı arxasıyca dartacaq, tək getməyəcək. Martın 22-də sizin ailəyə elə bir dalğa gələcək ki... Ayın 22-dən özünüzü qoruyun” sözlərinin indi gerçəyə çevrildiyinə inananlar da az deyil.
Görünür, Rzayevin cadusu o qədər də möhkəm tutmayıb, ekstrasensin qarğışına tuş gəlib...
Balababa Rzayevlə bağlı mətbuatda tez-tez milyonluq tenderlərin qalibinə çevrilən qohumları, ailə şirkətləri barədə məlumatlar da çoxdur. Avqustun əvvəlində Rzayevin kürəkəni Fərid Fərhadzadənin Dövlət Gömrük Komitəsinin 14 milyonluq tenderini qalibinə çevrilməsi ilə bağlı xəbər xeyli müzakirə olundu.
Təkcə bu da deyil. Eyni ayda – avqustun sonunda Fərhadzadənin rəhbəri oluduğu “FF Şirkətlər Qrupu” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin elan etdiyi 5 milyonluq tenderin də qalibi oldu.
Qeyd edək ki, Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Bakı Ltd” MMC-nin müdiri kimi də təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir. Eyni zamanda “Farcon” QSC-nin də Fərid Fərhadzadəyə məxsus olduğu bildirilir.
Rzayevin qohumlarının “Azərenerji” ASC tərəfindən elan edilən tenderlərin qaliblərinə çevrilmələri ilə bağlı xəbərlər isə ayrıca müzakirə mövzusudur. Məsələn, 2023-cü ildə ASC tərəfindən keçirilən 897 minlik tender müsabiqəsinin qalibi “Electro Service” QSC olub. “Electro Service” QSC də dövlət qurumlarının keçirdiyi milyonluq tenderlərin qalibidir. Bu şirkət 2018-ci ilin oktyabr ayında dövlət qeydiyyatına alındıqdan cəmi 8-9 ay sonra “Azərişıq” ASC-nin keçirdiyi 787 min manatlıq tenderi də udub. “Electro Service” QSC təkcə 2022-ci ildə 8, 2023-cü ildə isə 9 tender müsabiqəsində qalib olub.
Maraqlı məqam da budur ki, 2023-cü ildə həmin şirkətin qalib olduğu 9 tender müsabiqəsindən 6-sı “Azərenerji” ASC və “Azərişıq” ASC tərəfindən keçirilib.
Balababa Rzayevin ailə üzvlərinə məxsus şirkətlərin əksəriyyəti Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşir. Məsələn, ölkənin aparıcı şirkətlərindən biri olan “Santral Elektrik LTD” MMC-nin yerləşdiyi ünvan kimi də Ziya Bünyadov, ev 2071-ci məhəllə göstərilib. Bu şirkətin qanuni təmsilçisi Baba Rzayevin qaynı Həsənov İlham Ağaməsim oğludur.
Həmin məhəllədə yerləşən “Zirə Aqropark” MMC-nin qanuni təmsilçisi də Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə olub. Bu şirkətə məxsus obyektlər Zirədəki zeytun zavodu ilə eyni ərazidədir.
Həmçinin “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə də Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.
Tehsil-press.az