Dinləyicilərini təhqir etdi, avtoritetlə sevgili oldu, həmkarı ilə şayiəsi yayıldı

Dinləyicilərini təhqir etdi, avtoritetlə sevgili oldu, həmkarı ilə şayiəsi yayıldı Kulis.az müğənni Xatirə İslam haqqında maraqlı faktları təqdim edir.

Xatirə Novruz qızı Əzizova 29 yanvar 1981-cı ildə Xankəndi şəhərində anadan olub. Buradakı 4 nömrəli məktəbdə birinci sinifədək təhsil alıb. Məcburi köçkün həyatı yaşamış və Sabunçu rayonunda orta təhsilini başa vurub. İlk ixtisası tibb bacısı olsa da, sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirir.

***

Xatirə İslam ziyalı ailəsində anadan olub. Onun atası Novruz Əzizov "Qızıl qələm" mükafatı almış jurnalistdir.

***

2000-ci ildə ilk dəfə səhnəyə çıxan müğənni estrada janrında bir çox hitə imza atıb. Onun müəllimi Xalq artisti İslam Rzayev olub.

Xatirə İslam təxəllüsünü müəllimindən götürdüyünü desə də, mərhum sənətkarın qohumları bu fakta əminliklə cavab vermirlər. Belə ki, İslam Rzayevin bacısı qızı Arzu Şəmiyeva Kulis.az-a müsahibəsində belə deyib:

"Nə bilim vallah. Xatirə elə demişdi. O, dayımın tələbəsi olub. Özü də Xatirə dayım rəhmətə gedəndən sonra Tamaranın ailəsinə, özünə çox köməklik edirdi. Onun Rövşən Əziz adlı bir tələbəsi vardı, dayım qavalının birini ona bağışlamışdı. Xatirəni mən dayım xəstəxanada olanda görmüşdüm. Biz hamımız ora yığışmışdıq. Xatirə, təbii ki, Tamaraya daha yaxın idi. Ona görə də onunla ünsiyyət qurmurduq. Amma o, bizi görəndə bizimlə görüşüb demişdi ki, məni bu işlərə qatmayın, mən nə edə bilərəm?"

***

Xatirə İslamın əslində təxəllüsünün keçmiş sevgilisinin adından götürməsi də uzun müddət gündəmdə qalmışdı. İfaçı "Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun 8 il həbs cəzası almış "Spartak" ləqəbli oğlu İslam Yusifovla sevgili olub. Hətta o da iddia olunur ki, Xatirənin götürdüyü "İslam" təxəllüsü də məhz sevgilisinin adı ilə bağlıdır. Xatirə İslam özü bu sevgi barədə etiraf etməsə də, "Spartak" istintaqa ifadəsində Xatirəni 16 yaşında tanıdığını, 4 il qeyri-rəsmi yaşadıqlarını, müğənniyə külli miqdarda pul xərclədiyini bildirib.

***

Bu faktı iddia edənlər Xatirə İslamın təxəllüsünün Xalq artisti İslam Rzayevin adı ilə əlaqələndirməsini məlum hadisələri ört-basdır etmək üçün istifadə etdiyini deyirdilər.

Sonralar bu münasibət məhkəməyə qədər gedib çıxdı. Cinayət işinin materiallarından o da məlum olmuşdu ki, İslam Yusifov Xatirəyə "Xalq artisti" adı verilməsi üçün Milli Məclisin deputatlarından birindən də xahiş edibmiş. Həmin deputat da istintaqa verdiyi ifadəsində qeyd edib ki, "Xalq artisti" adının verilməsi onun səlahiyyətləri çərçivəsində həll edilmir və adı ölkə Prezidenti verir.

***

Xatirə İslamın həmkarı Rüfət Axundovla sevgili olduğu barədə də şaiyələr yayılıb. Buna əsəbiləşən müğənni sosial şəbəkə hesabı üzərindən izləyicilərinə bu fikirləri ilə cavab vermişdi:

"Şəklimin altında "qatıqlayan" səviyyəsizlər, ailəm məni Rüfətə qısqanmaz. Ağıllı olun! Rüfəti tanıyanda mənim 7 yaşım var idi. Görün, nə qədər bədbəxtsiniz ki, dostluğun dəyərini anlamırsınız. Dost olmağı bacarmırsınız. Məni bəyənməyən insan profilimdən rədd olsun".

***

Xatirə İslam müsahibələrindən birində "Borc verməyi, yoxsa almağı sevirsiz?" sualına "Əslində heç birini. Başıma elə bil hadisə gəldi ki, sonra məscidə gedib əlimi "Quran"a basıb tövbə etdim" cavabını verib.

Xatirə İslam dini mövzuda oxuduğu mahnıya klip çəkdirərkən canlandırdığı obraz üçün hicab bağlayıb. Lakin sənətçinin instaqramda paylaşdığı fotolar birmənalı qarşılanmayıb. İzləyicilər müğənninin hicablı olduğu halda həddindən artıq makiyaj etməsinə irad bildirib.

***

Müəllimi olmuş İslam Rzayevin qohumları Xatirə İslam haqqında bu fikirləri səsləndiriblər:

"Biz tövsiyə edərdik ki, müğənni Xatirə sənət aləmində İslam Rzayevin başqa tələbələri kimi öz adı, istedadı, ifa üslubu ilə tanınsın. İslam təxəllüsünü isə öz soyadından götürsün. Yerli-yersiz İslam Rzayevin adını çəkməklə nə özünü nüfuzdan salsın, nə də İslam Rzayevin ruhuna və bizlərə narahatlıq gətirsin"

***

Xatirə İslam 100-dən artıq mahnının, 10-a qədər albomun ifaçısıdır.

Tehsil-press.az

Oxşar xəbərlər