MDU Bədii Yaradıcılıq Müsabiqə Festivalında uğur qazanan tələbələrlə görüş keçirilib

MDU Bədii Yaradıcılıq Müsabiqə Festivalında uğur qazanan tələbələrlə görüş keçirilib Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri Ulu öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş Bədii Yaradıcılıq - Müsabiqə Festivalında müxtəlif nominasiyalar üzrə uğur qazanıblar

Elm və Təhsil Nazirliyi və Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunan tələbələrlə görüşən Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov onların yarıdıcılıq fəaliyyətlərini yüksək dəyərləndirdiyini vurğulayıb və onlara yaradıcılıq fəaliyyətində uğurlar arzu edib.

Universitetin tələbələrin sosial inkişafına və yarıdıcılıq potensialının artırılmasına xüsusi diqqət yetirdiyini qeyd edən Ü. Zeynalov tələbələrə universitet həyatında aktiv olmağı tövsiyyə edib. Görüşün sonunda tələbələrə Ü. Zeynalov tərəfindən hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib. Tələbələr, göstərilən diqqət və qayğı üçün, universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər

Qeyd edək ki, Təhsil fakültəsinin Məktəbəqədər təhsil ixtisasının lll kurs tələbəsi Səma Zeynallı “Vokal” (Xalq mahnıları) nominasiyası üzrə 2- ci yer, İqtisadiyyat və İdarəetmə fakultəsinin Turizm bələdçiliyi ixtisasının II kurs tələbəsi Əmrahov Elşad "Milli və Dünya Xalqlarının çalğı alətləri" nominasiyası üzrə 3-cü yerin qalibi olublar.

Tehsil-press.az

Oxşar xəbərlər